Millət vəkili Q.Paşayeva qəhrəman şəhidimiz mayor Elnur Əliyev haqqında filimin təqdimatında televiziyalara çağırış edib

Millət vəkili Q.Paşayeva qəhrəman şəhidimiz mayor Elnur Əliyev haqqında filimin təqdimatında televiziyalara çağırış edib

Sumqayıtda Aprel zəfəri qəhrəmanlarından, şəhid mayor Elnur Əliyev haqqında filmin təqdimatında çıxış edən millət vəkili Q.Paşayeva filmin hazırlanmasında əməyi keçənlərə təşəkkürünü bildirib və bu cür filmlərin vacibliyini xüsusi vurğulayıb: “Elnur Əliyev kimi qəhrəmanlarımız  həmişə qəlbimizdə yaşayacaq. Xalqımız, vətənpərvər ruhda böyüyən gənc nəsil Elnur Əliyevin xidmətlərini heç zaman unutmayacaq”. O eyni zamanda  cəbhə bölgəsinə gedən zaman onunla şəxsən tanış olduğunu, Tovuzda ön cəbhədə xidməti dövründə  tez-tez görüşdüyünü və onun böyük vətən məhəbbbəti ilə yaşadığını deyib. Q. Paşayeva vurğulamışdır ki, Elnur Əliyevin ömür yolu bugünkü gənclərə əsl örnəkdir. Nə qədər ki, Azərbaycan xalqı var, belə oğulların əziz xatirəsi heç vaxt unudulmayacaqdır.Millət vəkili Q.Paşayeva televiziyalara çağırış edərək qəhrəman şəhidlərimiz haqqında hazırlanan bu cür filmlərin televiziyalarda tez-tez nümayişinə çağırıb. Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün özünü vətən üçün, əsgərlərimizi qorumaq üçün qumbara üstünə ataraq şəhid olan Elnur Əliyev kimi qəhrəmanların həyat yolundan gənclərimiz örnək almalıdır.  Şəhidimizlə bərabər onun ailəsi qarşısında da baş əyirk deyən millət vəkili Q.Paşayeva dövlətimiz və xalqımız hər zaman yanınızdadır deyib. Millət vəkili tədbirdən sonra qəhrəman şəhidimizin ailəsi ilə görüşüb, geniş söhbət edib. Q. Paşayeva həmçinin tədbirdən sonra Aprel zəfəri şəhidlərimizin bəzilərinin ailə üzvləri ilə görüşüb, fikir və qayğıları ilə maraqıanıb  və hər zaman yanınızdayıq deyib. Qeyd edək ki, film Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət dəstəyi şurası və Mədəni İnkişaf Mərkəzinin (MİM) dəstəyilə çəkilib.

 

Advertisements

21.10.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: