Millət vəkili Q.Paşayeva “3-cü Qardaşlıq  Mədəniyyəti” adlı tədbirdə çıxış edərək “4-cü Qardaşlıq Mədəniyyəti” gecəsini  Cocuq Mərcanlıda keçirməliyik deyib

Millət vəkili Q.Paşayeva “3-cü Qardaşlıq  Mədəniyyəti” adlı tədbirdə çıxış edərək “4-cü Qardaşlıq Mədəniyyəti” gecəsini  Cocuq Mərcanlıda keçirməliyik deyib.

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və İLESAM-ın birgə təşkilatçılığı, “Azərkitab” və “Büyükfırat” qrupunun təşkilatı dəstəyi ilə Dövlət Filarmoniyasında müstəqilliyimizin 26-cı illiyinə həsr olunmuş “3-cü Qardaşlıq Mədəniyyəti” adında ədəbi-bədii gecənin açılışında çıxış edən millət vəkili Q.Paşayeva Türk dünyasının birliyi və bərabərliyinin daha da güclənməsinin vacibliyindən geniş danışıb. Qarabağ başda olmaqla Türk dünyasının yaşadığı böyük acılardan, problemlərdən, Azərbaycana və qardaş Türkiyəyə qarşı böyük güclərin ikili standartlarından danışan millət vəkili yeni bir Çanaqqaladan keçirik deyib. Çanaqqalada yüzlərlə Azərbaycan türkünün şəhid olduğunu vurğulayaraq dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyən millət vəkili Q.Paşayeva bu gün Türkiyədən olan dəyərli qardaşlarımızla birlikdə bu gözəl bayramımızı burada birlikdə qeyd etməmiz çox önəmlidir, eyni zamanda dosta da düşmana da bir məsajdır deyərək torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb:” Arzu edirəm ki, gələn bayram tədbirlərimizi Ali Baş Komandan, prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda,Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək.  Təklif edirəm ki  “4-cü Qardaşlıq Mədəniyyəti” gecəsi Cocuq Mərcanlıda keçirilsin və düşmənə daha bir  mesaj verilsin”. Millət vəkilinin təklifi alqışlarla dəstəklənilib.

 

Advertisements

21.10.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: