Millət vəkili Q. Paşayeva 2-ci Sosial Elmlər üzrə Beynəlxalq Araşdırmalar Konqresində məruzə ilə çıxış edib və ziyalılara çağırış edib

Millət vəkili Q. Paşayeva 2-ci Sosial Elmlər üzrə Beynəlxalq Araşdırmalar Konqresində məruzə ilə çıxış edib və ziyalılara çağırış edib.

Millət vəkili Q. Paşayeva 2-ci Sosial Elmlər üzrə Beynəlxalq Araşdırmalar Konqresində çıxış edib və Azərbaycan və Türkiyədən olan elm adamlarına və aydınlara çağırış edib. Bakı Avrasiya Universiteti, Türkiyənin Pamukkale Universiteti və Anadolu Mədəni Araşdırmalar Dərgisi tərəfindən təşkil olunan konqresin açılışında millət vəkili Q.Paşayeva “Qarabağ problemi və Türk dünyası” mövzusunda geniş məruzə ilə çıxış edib və bu cür tədbirlərin vacibliyini xüsusi vurğulayıb. “Ortaq tariximizi, mədəniyyətimizi uşaqlarımıza çox kiçik yaşlardan öyrətməliyik”,- deyən millət vəkili bildirib ki, bütün Türk dövlət və toplumlarında orta məktəblərdən başlayaraq universitetlərdə ortaq Türk tarixinin oxudulmasına böyük ehtiyac var və Türk dövlət və toplumları, onların aydınlarını bu məsələyə daha böyük diqqət yetirməyə çağırıb.  “Bizim birliyimizə, onun güclənməsinə çox böyük ehtiyac var”,- deyən millət vəkili Q.Paşayeva bildirib ki, ortaq tariximizin, mədəniyyətimizin gənclərimizə daha geniş öyrədilməsi istiqamətində çalışmaları daha da artırmağa böyük ehtiyac var.”Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması harada doğulub, harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili bildirib. Bu məsələdə hər bir türk insanının üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva “harada doğulmasından və yaşamasından asılı olmayaraq böyüyən gəncliyimizə tariximizi, həqiqətlərimizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”. Ortaq tariximizin yazılıb bütün Türk dövlət və toplumlarında gənclərə öyrədilməsinə, həqiqətlərimizin öz aramızda daha geniş yayılmasına böyük ehtiyac var deyən millət vəkili Qənirə Paşayeva ziyalılara müraciət edərək “sizin, bizim, buradakı və ölkələrimizdəki, toplumlarımızdaki aydınların üzərinə bu istiqamətdə böyük məsuliyyət düşür və biz hamımız bu istiqamətdə daha çox işləməliyik” deyib. Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. Bu gün bəzi güclərin,onların KİV-lərinin,erməni diaspor, lobbisi və dəstəkçilərinin Azərbaycan və Türkiyə əleyhinə təbliğat apardığını deyən millət vəkili bütün gəncləri, diaspor təşkilatlarını, KİV-ləri həssas və duyarlı olmağa,  yalanlara qarşı mübarizəyə səsləyib. Millət vəkili Q.Paşayevaya 2-ci Sosial Elmlər üzrə Beynəlxalq Araşdırmalar Konqressinin təşkilatçıları olan Bakı Avrasiya Universiteti, Türkiyənin Pamukkale Universiteti və Anadolu Mədəni Araşdırmalar Dərgisi adından Konqressin işinə veridyi qatqısından dolayı təşəkkürnamə və mükafat təqdim edilmişdir.

 

Advertisements

20.10.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: