Millət vəkili Q.Paşayeva Türkiyədə  “Ailə, Toplum və Dövlət” simpoziumunda geniş  məruzə ilə çıxış edib  və Türk dövlətlərində məktəblərdən başlayaraq uşaqlara ortaq tariximizi öyrətməliyik deyib

Millət vəkili Q.Paşayeva Türkiyədə  “Ailə, Toplum və Dövlət” simpoziumunda geniş  məruzə ilə çıxış edib  və Türk dövlətlərində məktəblərdən başlayaraq uşaqlara ortaq tariximizi öyrətməliyik deyib.

Millət vəkili Q.Paşayeva Türkiyədə Vuslat Platformunun təşkilatçılığı, Üsküdar bələdiyyəsinin dəstəyi ilə keçirilən çox sayda tanınmış dövlət adamı, aydın və elm adamlarının qatıldığı və 3 gün davam edən simpoziumda geniş məruzə ilə çıxış edib. Ortaq tariximizi, mədəniyyətimizi uşaqlarımıza çox kiçik yaşlardan öyrətməliyik deyən millət vəkili bildirib ki, bütün Türk dövlət və toplumlarında orta məktəblərdən başlayaraq universitetlərdə ortaq Türk tarixinin oxudulmasına böyük ehtiyac var və Türk dövlət və toplumları, onların aydınlarını bu məsələyə daha böyük diqqət yetirməyə çağırıb.  Bizim birliyimizə, onun güclənməsinə çox böyük ehtiyac var deyən millət vəkili Q.Paşayeva bildirib ki, ortaq tariximizin, mədəniyyətimizin gənclərimizə daha geniş öyrədilməsi istiqamətində çalışmaları daha da artırmağa böyük ehtiyac var. Bu istiqamətdə uşaq ədəbiyyatının genişlənməsinə, lazımsız mövzular deyil, məhz bu mövzular ətrafında proqramların, filmlərin və teleserialların artmasına ehtiyac var deyən millət vəkili Q.Paşayeva gənclərin milli duyğu və düşüncə içində savadlı böyüməsində ailənin rolu ilə yanaşı cəmiyyətin üzərinə düşən öhdəliklərlə də bağlı geniş məruzə edib. Q.Paşayeva Türk  dünyası siyasətçilərinə, aydınlarına, alimlərinə,  QHT və KİV-lərinə səslənərək topluma örnək olaraq bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib: “Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib: “Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar.” Q. Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən də danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ailələrimizin, müəllimlərimizin, aydınlar, şair, yazar, QHT-ı və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Tədbir çərçivəsində Q.Paşayeva bir sıra QHT və KİV rəhbərləri, aydınlarla da görüşüb, geniş fikir mübadiləsi aparılıb və jurnalistlərin suallarını cavablandırıb.

Advertisements

18.10.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: