Millət vəkili Q.Paşayeva AŞPA-da:Ermənistan tərəfindən dəstəklənən terror təşkilatlarından böyük əziyyət çəkmiş bir ölkə olaraq Azərbaycan bütün terror təşkilatları ilə aktiv mübarizə aparır

Millət vəkili Q.Paşayeva AŞPA-da:Ermənistan tərəfindən dəstəklənən terror təşkilatlarından böyük əziyyət çəkmiş bir ölkə olaraq Azərbaycan bütün terror təşkilatları ilə aktiv mübarizə aparır.

Bu gün AŞPA-da “Bəşəriyyətə qarşı cinayətləri təqib etmək və cəzalandırmaq, İŞİD tərəfindən həyata keçirilən mümkün soyqırım aktları” adlı qətnamə layihəsinin müzakirəsi zamanı millət  vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Azad Demokratlar Qrupu adından çıxış edib və terrorla mübarizədə ikili standartlara yol verilməməlidir deyib:” Dəyərli Dostlar, İŞID terror təşkilatı ən çox Yaxın Şərq bölgəsi və ona yaxın ərazilərdə yaşayan xalqlara və bölgə ölkələrinə zərər verir. Bu terror təşkilatının kimlərin, hansı güclərin maraqlarına xidmət etməsini geniş şəkildə müzakirə edə bilərik. Amma bölgə xalqı və dövlətlərinə, özəlliklə də müsəlmanlara ciddi şəkildə zərər verirlər. Məsələn, İŞID-ın Türkiyədə həyata keçirdiyi 14 terror aktında 304 məsum insan həyatını itirmişdi. O üzdən Suriya və İraq sərhədində İŞID ilə mübarizə aparan ölkələrə, özəlliklə Türkiyəyə Avropa ölkələri və təşkilatları daha çox dəstək verməlidir və buna çağırırıq.  Mən Qrupumuz adına çıxış edirəm, amma qısa da olsa bunu bildirmək istəyirəm ki, əhalisinin böyük hissəsi müsəlman olan ölkəm Azərbaycan da İŞID-la mübarizədə ciddi addımlar atmaqdadır. Çünki biz terror təşkilatlarına qarşıyıq və Ermənistan tərəfindən dəstəklənın terror təşkilatlarından böyük zərərlər görmüş bir ölkə olaraq Azərbaycan bütün terror təşkilatları ilə sərt mübarizə aparır. Dəyərli Dostlar, İŞID beynəlxalq bir terror təşkilatıdır. Bu təşkilatın sıralarında müxtəlif millətlərdən və fərqli dinlərdən insanlar var. Bu səbəbdən İŞID-ı müsəlmanlardan ibarət bir terror təşkilatı olaraq görmək və müsəlmanlara qarşı mənfi fikir yaratmaq istəyənlərə də fürsət verməməliyik. İŞID-ın etdiklərinin İslam dini ilə heç bir əlaqəsi yoxdur. Avropada bəzi siyasətçilərin İŞID-ın etdiklərini bəhanə edərək İslam dini və müsəlmanlar əleyhinə etdiklərə çağırışlara da burdan etirazımızı bildirməliyik. Bu cür addımların Avropada İslamofobiyanın artmasına yönəlik hərəkətlərin hansı pis nəticələrə səbəb olacağını, hansı faciələrə gətirib çıxaracağını nəzərə almalıyıq. Bu cür məsuliyyətsiz açıqlamalar sadəcə İŞID-ın işinə yarayar. Avropada İslam əleyhinə fikirlərin olması hamımızı ciddi şəkildə narahat etməlidir və İslam əleyhdarlarının artmaması üçün də hamımız birlikdə ciddi çalışmalıyıq. Bu gün dünyadakı münaqişələrin azalması üçün mədəniyyətlər və dinlərarası dialoqun artmasına ehtiyacımız var. Terrorla təsirli şəkildə mübarizə aparmaq üçün bütün Avropa ölkələri bu sahədə İslam ölkələri ilə əməkdaşlığını artırmalıdır. Bu gün ehtiyac duyduğumuz tək şey dialoq və əməkdaşlıqdır”.

Advertisements

12.10.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: