Millət vəkili Q.Paşayeva tanınmış şairə Nigar Həsənzadənin “Söz” layihəsinin qonağı olub və cəmiyyəti düşündürən mövzular haqqında danışılıb

Millət vəkili Q.Paşayeva tanınmış şairə Nigar Həsənzadənin “Söz” layihəsinin qonağı olub və cəmiyyəti düşündürən mövzular haqqında danışılıb.

Tanınmış şairə Nigar Həsənzadənin rəhbərliyi altında Mədəniyyət və Turizm Nazirliyinin “SÖZ” ədəbi layihəsi çərçivəsində keçirilimiş “Güclü qadın” adlı gecənin qonağı və qəhrəmanı millət vəkili Qənirə Paşayeva oldu. Hədsiz səmimi, təsirli və eyni zamanda maarifləndirici olan görüş iştirakçıların heç birini biganə qoymadı. Zalda hökm sürən pafosdan və stereotiplərdən uzaq son dərəcə yaxşı atmosferdə 3 saat davam edən gecənin qonaqları arasında həm tanınmışlar, həm də sadə insanlar, ən əsası isə gecəni maraqla izləyən gənclər vardı. Layihənin direktoru Nigar Həsənzadə öz qonağına bu cür sözlərlə müraciət etdi: “Mən bu gün sizinlə siyasət haqda danışmaq istəmirəm, mən  mərhəmət və səmimiyyət haqda danışmaq istəyirəm.” Bu gecədə hamı Qənirə Paşayevanın naməlum tərəflərini özü üçün aşkar etdi. Gecədə iştirak edən Azərbaycanın əməkdar artistləri Gülzar Qurbanova, Hüsniyə Mürvətova, Tural Əhməd  qonağın şeirlərini məmnuniyyətlə oxuyurdular. Gecədə Qənirə Paşayevanın sözlərinə yazılan mahnılar səslənirdi. Azərbaycanın xalq artistləri Flora Kərimova, Nisə Qasımova, əməkdar artistlər Lalə Məmmədova, Aybəniz Haşımova, bəstəkar Sevinc Tofiqqızı və müğənni Ramal İsrafilov  mahnıları böyük məmnuniyyətlə ifa etdilər. Bu gecə paytaxtın mədəni həyatının yaddaşında uzun müddət qalacaq və şübhəsiz “SÖZ” layihəsinin ən maraqlı gecələrindən biri kimi qalacaq.

Advertisements

03.10.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: