Millət vəkili Q.Paşayeva MM-də işğal altında olan ərazilərlə bağlı qanunun qəbul edilməsini təklif edib və ATƏT-in Minsk Qrupu ölkələrini sərt tənqid edib, çağırış səsləndirdi

Millət vəkili Q.Paşayeva MM-də işğal altında olan ərazilərlə bağlı qanunun qəbul edilməsini təklif edib və ATƏT-in Minsk Qrupu ölkələrini sərt tənqid edib, çağırış səsləndirdi.

Millət vəkili Q.Paşayeva MM-in payız sessiyasının açılışında, Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında Azərbaycan Respublika Milli Məclisinin qərarının layihəsi barədə müzakirələrdə gündəliyə  işğal altında olan ərazilərlə bağlı qanun layihəsinin də salınmasını təklif edib və qəbul edilməsinin vacibliyini vurğulayıb:”Mən Xarici İşlər Nazirliyimiz tərəfindən arzuolunmaz şəxslər elan edilmiş, yəni Azərbaycan dövlətinin icazəsi olmadan onun Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qeyri-qanunu səfərlər edən insanların siyahasına baxdım. Dəhşətlisi odur ki 694 nəfərlik siyahıdaki insanların çoxu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrləri və üzvü olan ölkələrin vətəndaşlarıdır. İlk  5 yerdə Rusiya, Fransa, Amerika, Almaniya və İtaliya dövlətləri gəlir. Bu ölkələr münaqişəninn tənzimlənməsində obyektiv, ədalətli mövqe tutmalıdırlar amma vətəndaşları qanunsuz olaraq Azərbaycanın işğal altında olan torpaqlarına qanunsiz səfərlər edən  ölkələr arasında liderlik edirlər. Bu ölkələrin buradakı səfirləri bizim buradakı çıxış və müzakirələrimiz barədə məlumatlı olurlar. Biz buradan bu ölkələrə səslənirik ki vətəndaşlarınızın Azərbaycan dövlətinin icazəsi olmadan onun işğal altında olar ərazilərinə qeyri-qanunu səfərlər etməsinin qarşısını ciddi şəkildə alın. Digər dəhşətli bir məqam isə ondan ibarətdir ki gedənlərin əksəriyyəti sıravi vətəndaşlar, turistlər deyil. Əksəriyyəti siyasətçilər, millət vəkilləri, ictimai təşkilatların rəhbərləri, jurnalistlər, savadlı insanlardır. Yəni onlar hara getdiklərinin fərqində olan və ya fərqində olmalı olan insanlardır.  Məsələn Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edənlər içərisində ilk yerdə Rusiya gəlir. 160 nəfərdən çox Rusiya vətəndaşı bu qanunsuz addımı atıb və arzu olunmazlar siyahısındakı insanların təxminən dörddən birinə yaxındır. Amma aralarında ictimai-siyasi, tanınmış insanlar çoxluq təşkil edir. Fransa millət vəkilləri, ABŞ ictimai insanları, keçmiş səfir var. Yəni bu insanlar bilirlər və ya bilməlidirlər ki Azərbaycanın torpaq bütünlüyünü,  sərhəd toxunulmazlığını pozurlar, qeyri-qanunu addım atırlar və bu çox ciddi məsələdir. Amma onlar nəinki səfər edir. Hətta bir çoxları Azərbaycan dövləti əlehinə və ya onun maraqlarına, ərazi bütövlüyünə  uyğun olmayan bəyanat, açıqlama, müsahibələr verirlər və bu çox dəhşətli və narahatverici bir məsələdir.  Buradan o ölkələrə və vətəndaşları qeyri-qanunu olaraq Azərbaycanın işğal altında olan ərazilərinə səfərlər edən ölkələrə səslənirik. Bu məsələyə ciddi diqqət yetirin və qarşısını alın. Minsk Qrupu ölkələrinə, həmsədrlərə isə xüsusi çağırış səsləndiririk. Durdurun vətəndaşlarınızın bu addımlarını. Biz bir neçə gün bundan əvvəl Azərbaycan dövlətinin işğal altında olan ərazilərinə səfər etmiş bir neçə Türkiyə vətəndaşı ilə bağlı məsələni Türkiyəyə səfərimiz zamanı qardaş Türkiyə rəsmi şəxslərinə də çatdırdıq və qardaşlığımıza zərər vuran bu cür addımlara və adamlara  qarşı ciddi tədbirlər görülməsini xahiş etdik. Arzuolunmaz şəxslər siyahasına baxdıqda görürük ki son 5 ildə onların sayı artır. Bu bizi ciddi narahat etməlidir və bunun qarşısını almaq üçün daha sərt tədbirlərə əl atılmalıdır. Hesab edirəm ki Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı ayrıca qanun layihəəsini müzakirə edib, qəbul etməliyik və orada bu cür addım atanlara qarşı sərt məsələlər öz əksini tapmalıdır. Hər kəs də görsün və bilsin ki Azərbaycanda bununla bağlı xüsusi qanun da var və onun pozulmasına qarşı ciddi addımlar var və atılacaq.  Hesab edirəm ki belə bir qanunun qəbulu vacibdir və payız sessiyamızın gündəliyinə daxil edilməsini və sessiya dövründə müzakirə edilərək qəbul edilməsini təklif edirəm.  Bu qanun işğal edilmiş ərazilərimizlə bağlı məsələlərin vurğuladığım məsələlərdən daha da geniş məsələləri əhatə edə bilər və etməlidir.

Advertisements

02.10.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: