Millət vəkili Q.Paşayeva Antakyada Qərbin Azərbaycana və Türkiyəyə qarşı ikili standartlarına qarşı birgə mübarizə adlı konfrans verib

Millət vəkili Q.Paşayeva Antakyada Qərbin Azərbaycana və Türkiyəyə qarşı ikili standartlarına qarşı birgə mübarizə adlı konfrans verib.

Qədim Antakyada “Avropanın Azərbaycana və Türkiyəyə qarşı ikili standartlarına qarşı birgə mübarizə. Avropada artan İslamafobiyanın doğurduğu ciddi fəsadlar” adlı konfransda geniş məruzə ilə çıxış edən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva çıxışına Azərbaycanda və Türkiyədə  şəhid olan insanlarımızın ruhu qarşısında baş əyirəm deyə başlayıb və Qarabağ və Türk dünyası həqiqətlərinin dünyaya daha geniş yayılmasında birliyimizi daha da gücləndirməliyik deyib. Qərbin Azərbaycana, Türkiyəyə, Türk-Müsəlman dünyasına yanaşmasındakı ikili standartlardan danışan millət vəkili Q.Paşayeva bu vəziyyətin getdikcə daha da pisləşdiyini xüsusi vurğulayıb. Dağlıq Qarabağ münaqişəsindən danışan millət vəkili Q.Paşayeva bu məsələdə Qərbin ikili standarlarını geniş şəkildə izah edib və beynəlxalq təşkilatların da ikili standartlaradan yanaşmalarını xüsusi vurğulayaraq kəskin qınayıb. “Bu gün beynəlxalq təşkilatlar  BMT  başda olmaqla bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmur”, – deyən millət vəkili bildirib ki,  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var amma onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərmir.  İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir adedım atmırn deyən Q.Paşayeva bz qərbin ikili standartlarını Xocalı Soyqırmına yanşmada da gördük deyib:”100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmir”. Eyni vəziyyət  Türkiyəyə, Türk dünyasına qarşı yanaşmada da özünü göstəririr deyən millət vəkili Q.Paşayeva bununla bağlı da geniş fikirlərinin söyləyib. O, Qərb Türkiyəyə terrorla mübarizədə bu gün də dəstək vermədiyini və bunun özü ən böyük ikili standartdır deyib.  Avropada İslamafobiyanın artmasının doğurduğu ciddi narahatçılıqdan da danışıan millət vəkili Q.Paşayeva bildirib ki beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqlarını qoruya bilmənin tək yolu gücdür. Bu güc isə birlikdən keçir. Ona görə də Azərbaycan-Türkiyə olaraq birliyimizi daha da gücləndirməliyik, gənc nəsillərimizi bir-birimizə daha çox sahib ola bilmə ruhunda yetiştirməliyk və birlikdə haqsızlıqlara qarşı mübarizəmizi gücləndirməliyik deyib. Millət vəkili Q.Paşayeva bildirib kii bəzi güclər bizi arxadan vura bilmək üçün öz içərimizdə də xainlər yetişdirirlər və bu məsələyə ciddi diqqət yetirilməlidir. Azərbaycan dövlətinin icazəsi olmadan Azərbaycanın işğal altında olan torpaqlarına gedib separatçılarla görüşən bəzi Türkiyə vətəndaşlarının addımlarını ciddi tənqid edən millət vəkili Q.Paşayeva onlara qarşı ciddi tədbirlər görülməlidir çünki onlar iki qardaş ölkə arasında münasibətlərə öz mənfi təsirlərini də göstərirlər deyib.  Azərbaycanla Türkiyə arasında əlaqələrin getdikcə daha da inkişaf etdiyini deyən millət vəkili Q.Paşayeva bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edib, qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır deyib və bütün türk dünyasını, harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanını da buna çağırıb. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Gəncləri sosial mediyada daha da aktiv olmağa dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdrmaqda fəallığını artırmağa, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmağı məsləhət görən millət vəkili Qənirə Paşayeva çıxışını “inşallah gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Qarabağda və digər o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil”- deyərək bitirib. Tədbirin sonunda Antakya rəsmiləri, bələdiyyə başqanları çıxış edərək millət vəkili Q.Paşayevaya konfrans üçün təşəkkürlərini bildirib və bu cür konfransların gənnclər üçün böyük önəmini xüsusi vurğulayıb. Millət vəkili Q. Paşayeva tədbir iştirakçılarına Türkiyədə yeni çapdan çıxmış kitabları “Turan yolçusu” və “Aşk yolçusu”nu imzalı hədiyyə edib. Antakyada həmçinin millət vəkili Q.Paşayevanın Türkiyədə yeni çapdan çıxmış “Turan yolçusu” və “Aşk yolçusu” kitablarının təqdimat və imzalanma mərasimi də keçirilib.  

Advertisements

29.09.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: