Millət vəkili Q.Paşayevanın Suriya sərhədində, Reyhanlıda Qarabağ parkı və Azərbaycan  küçəsi təklifini bələdiyyə sədri dəstəkləyib

Millət vəkili Q.Paşayevanın Suriya sərhədində, Reyhanlıda Qarabağ parkı və Azərbaycan  küçəsi təklifini bələdiyyə sədri dəstəkləyib.

Qarabağ və Türk dünyası ilə bağlı konfranslar vermək üçün qardaş Türkiyədə səfərdə olan millət vəkili Q. Paşayeva Suriya sərhədində yerləşən Reyhanlı bölgəsində də olub və Reyhanlı bələdiyyə başçısı Hüseyn Şanverdi ilə görüşüb. Millət vəkili Q.Paşayeva son günlər qardaş Türkiyədə terror aktları zamanı və ya terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyib. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim  Reyhanlının da  Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Qənirə Paşayeva yaxın zamanlarda  Reyhanlının mərkəzi kiüçələrindən birinə Azərbaycan, mərkəzi parklardan birinə Qarabağ adının veriləcəyinə və orada şəhidlərimizin xatirəsinə “Şəhidlər” abidəsinin qoyulacağına inandığını deyib və bələdiyyə tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Q.Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıblar.  Azərbaycanı çox sevdiyini deyən Reyhanlı bələdiyyə başçısı Hüseyn Şanverdi Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Reyhanlı bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib.O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Bələdiyyə başçısı hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və millət vəkili Qənirə Paşayevanın  Reyhanlıda Azərbaycan küçəsi, Qarabağ parkı və  Şəhidlər abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib. Rehyanlı  bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Reyhanlı bələdiyyə başçısı Hüseyn Şanverdi dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib. Millət vəkili Q.Paşayeva bələdiyyə başqanına və bələdiyyə məclis üzvlərinə həmmüəllifi olduğu imzalı “Turan yolçusu” və “Aşk yolçusu” kitablarını hədiyyə edib. Millət vəkili Q.Paşayevaya Suriyada yaşanan dəhşətli faciələr nəticəsində qaçaraq Türkiyəyə gələn insanların sığındığı və əhalisindən daha çox köçkünə ev sahibliyi edən Reyhanlıda bu istiqamətdə vəziyyət və görülən işlərlə də bağlı geniş məlumatlar verilib. Millət vəkili Q.Paşayeva insanlıq adına gördükləri böyük işlər üçün, özəlliklə Suriyadan köçkün düşmək məcburiyyətində qalmış Türkmənlərə dəstəklərindən dolayı bələdiyyə başçısı simasında Reyhanlıya təşəkkürünü bildirib. Onlar bizim qardaş-bacılarımızdır və hər zaman onların yanımda olmaq bizim vəzifəmizdir deyən millət vəkili Reyhanlıda köçkün türkmənlərlə də görüşüb. Millət vəkili həmçinin Rehyanlı bələdiyyə məclis üzvləri və ziyalıları ilə də görüşüb və geniş fikir mübadiləsi aparılıb.     

Advertisements

27.09.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: