Millət vəkili Q.Paşayeva Türkiyənin Gənclər və İdman Naziri ilə görüşdə gənclərimiz arasında əməkdaşlığın genişləndirilməsinə dair təkliflərlə çıxış edib

Millət vəkili Q.Paşayeva Türkiyənin Gənclər və İdman Naziri ilə görüşdə gənclərimiz arasında əməkdaşlığın genişləndirilməsinə dair təkliflərlə çıxış edib.

Millət vəkili Q.Paşayeva Türkiyənin Gənclər və İdman Naziri Osman Aşkın Bakla görüşündə Azərbaycanla qardaş Türkiyə arasında bütün sahələrdə, o cümlədən gənclər və idman sahəsində də əməkdaşlığın daha da genişlənməsinin önəmli olduğunu xüsusi vurğulayıb. Qarabağ problemindən, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından geniş danışan millət vəkili Q.Paşayeva bölgəmiz üzərində böyük oyunların getdiyini deyib. “Bu bölgədə bizə qarşı haqsızlıqlara qarşı mübarizə aparmağın tək yolu güclü olmaqdır, bu isə birlikdən keçir”, – deyən millət vəkili Q.Paşayeva “gənc nəsillərimizə bunun böyük önəmini öyrətmək üçün çalışmalar daha da artmalıdır”, – deyib. Millət vəkili gənclərimiz arasında əməkdaşlığın genişləndirilməsinə dair bir sıra təkliflərlə də çıxış edib və nazir onları müsbət qarşılayıb və geniş fikir mübadiləsi olub. Q.Paşayeva ortaq türk tarixi dərsliklərinin yazılmasının, bu dərsliklərin türk dövlət və toplumlarında yayılması və tədrisinin vacibliyinə toxunub:”Bu dərsliklər bizi biri-birimizə daha da yaxınlaşdırmalıdır. Türk dövlətləri və toplumlarının daha güclü həmrəylik, işbirliyi və güclənməsi yolu dildə, fikirdə, işdə birlik modelindən keçir”. Qənirə Paşayeva türk dövlətlərinin məktəb və universitetlərində türk dili şivələrinin gənclərə öyrədilməsini də vacib sayıb: “Türk xalqlarının nümayəndələri biri-birini daha yaxşı anlasa, gələcəkdə biri-birilərinə daha sıx bağlanacaq, daha da güclənəcəklər. Türk dövlətləri arasında tələbə mübadiləsi, tələbə və gənclərlə bağlı ortaq layihələr genişləndirilməlidir”. Azərbaycanla, qardaş dövlət və toplumlarla əməkdaşlığa xüsusi diqqət göstərdiklərini deyən Gənclər və İdman naziri Osman Aşkın Bak ölkəmizlə gənclər sahəsində əməkdaşlığın daha da artacağını deyib. Gənclərimizin bir-birimizi daha yaxından tanıması, bilməsi və sahiblənməsi çox vacibdir deyən nazir bu məsələyə xüsusi diqqət göstərəcəklərini deyib. Millət vəkili Q.Paşayeva Gənclər və İdman naziri Osman Aşkın Bakla birlikdə fəal gənclər və gənclər təşkilatları təmsilçiləri ilə də görüşüb. Onları Azərbaycanla, ölkəmizdəki gənclərlə əməkdaşlığa xüsusi diqqət ayırmağa çalışan millət vəkili Q.Paşayeva Türk dünyası həqiqətlərinin yayılmasında sosial mediada aktiv olmağa çağırıb. Sonra Kırşehir valiliyinin binasında millət vəkili Q.Paşayeva  Gənclər və İdman naziri Osman Aşkın Bak, Kışehir valisi ilə birlikdə mətbuat və media qurumlarını maraqlandıran sualları cvablandırıb və Türk dünyası birliyi üçün daha da çox çalışmalıyıq deyib.    

 

Advertisements

25.09.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: