Millət vəkili Q.Paşayeva Kırşehir Kitab Fuarının açılışında Azərbaycandan danışıb və gəncləri Türk dünyasını geniş öyrənməyə çağırıb

Millət vəkili Q.Paşayeva Kırşehir Kitab Fuarının açılışında Azərbaycandan danışıb və gəncləri Türk dünyasını geniş öyrənməyə çağırıb.
Türkiyənin Kıhşehir vilayətində keçirilən Beynəlxalq Kitab Fuarında iştirak etmək üçün Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva tədbrin açılışındakı çıxışında Türk dünyası siyasətçiləri, aydınları, yazar, şair, araşdırmacı və jurnalistlərinə üz tutaraq Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb. Q.Paşayeva aydınlara, KİV-lərə səslənərək topluma örnək olaraq bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib: “Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq.” Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Bu məsələdə siyasətçilər, aydınlar, yazar, şair, araşdırmacı və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Beynəlxalq Kitab Fuarının açılışına Azərbaycanı Fəxri Qonaq kimi dəvət etdikləri üçün Kırşehir bələdiyyəsi və valiliyinə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva açılış mərasimindəki çıxışını “inşallah yaxın zamanlarda belə Beynəlxalq Kitab Fuarlarını birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil”, – deyərək bitirib. Kitab Fuarının açılışında Türkiyənin İdman və Gənclər naziri Osman Aşkın Bak, Kırşehir bələdiyyə başqanı Yaşar Bahceci də geniş çıxış ediblər və bu cür tədbirlərin önəmindəndanışıblar. Beynəlxalq Kitab Fuarının açılış lentinin kəsilməsindən sonra qonaqlar sərgi ilə geniş tanış olublar və bir sıra tanınmış yazar, şair, araşdırmaçılarla maraqlı görüş, gənclərlə önəmli fikir mübadiləsi olub. Millət vəkili Qənirə Paşayeva açılış iştirakçılarına qardaş Türkiyədə yeni çapdan çıxmış “Turan yolçusu” və “Aşk yolçusu” kitablarını hədiyyə edib.

Advertisements

25.09.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: