Millət vəkili Türk dünyasına və İraq türkmən Mədəniyyəti, sənəti və davası xidmətlərindən dolayı İraq Türkman təşkilatları tərəfindən Xidmət Ödülünə və mükafata layiq görülüb

Millət vəkili Türk dünyasına və İraq türkmən Mədəniyyəti, sənəti və davası xidmətlərindən dolayı İraq Türkman təşkilatları tərəfindən Xidmət Ödülünə və mükafata layiq görülüb.

Ödülü və Mükafatı millət vəkili Q. Paşayevaya Türkməneli Kültür Mərkəzi başqanı Dr.Mustafa Ziya ve Beynəlxalq Kərkük Kültür Dərnəyinin rəhbəri,Dünya İletişimciler Dərnəyinin rəsmisi Dr. Şemsettin Küzeci təqdim edib. Onlar millət vəkili Q.Paşayevanın Türk dünyasının birliyi istiqamətində çalışmalarından və İraq Türkmanlarına daim göstərdiyi dəstəyi xüsusi vurğulayaraq onun Türk dünyasına və İraq türkmən Mədəniyyəti, sənəti və davası xidmətlərindən dolayı Xidmət Ödülünə layiq görüldüyünü bildiriblər. Onlar millət vəkili Qənirə Paşayevanın ” İraq türkmanlarına və Türk Dünyasına xidmət” ödülünü və mükafatını Azərbaycanla İraq türkmanları arasında əməkdaşlığın daha da genişləndirilməsinə verdiyi dəstək, İraq türkmanları ilə bağlı həqiqətlərin yayılmasındakı fəaliyyətinə və İraq türkmanlarının hüquqlarını müdafiəsi istiqamətindəki çıxışlarına görə layiq görüldüyünü bildirdilər. Türkməneli Kültür Mərkəzi başqanı Dr.Mustafa Ziya və Dünya İletişimciler Derneği. Dr. Şemsettin Küzeci qardaş Azərbaycanla İraq Türkmanları arasında əlaqələrin, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən də danışıb və bütün Türk dünyasını İraq türkmanlarına, bu çətin anlarda, ağır zmanlarda Kərkükə dəstəyi daha da artırmağa çağırıb. “İraq Türkmanları bizim canı canımızdan, qanı qanımızdan qardaş-bacılarımız, soydaşlarımızdır”, – deyən və mükafata görə minnətdarlığını bildirən millət vəkili Qənirə Paşayeva İraqda yaşayan soydaşlarımızla Azərbaycan arasında qardaşlıq bağlarının daha da möhkəmlənməsinin zəruriliyini, ədəbi və elmi əlaqələrin güclənməsi, yeni-yeni mənəvi körpülərin inşa edilməsinin önəmini qeyd etdi. Millət vəkili Qənirə Paşayeva Azərbaycanla İraq türkmanları arasında əməkdaşlığın daha da genişləndirilməsi, İraq türkmanları ilə bağlı həqiqətlərin yayılması və İraq türkmanlarının hüquqlarının müdafiəsi istiqamətində əlindən gələni edəcəyini və bunu özünə bir borc bildiyini deyib, çünki orda yaşayan insanlar da bizim qardaş-bacılarımızdır və bizim hamımızın borcu onlara daha çox dəstək göstərməkdir. Millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə İraqda yaşayan soydaşlarımız, ümumiyyətlə Türk dünyası gəncləri arasında yaxınlaşma, bütünləşmə, birlik və bərabərliyi yolunda əlindən gələni etməyi özünə bir borc bildiyini və bu istiqamətdə bundan sonra da fəaliyyətini davam etdirəcəyini bildirmişdir və bu sahədə maraqlı layihələr həyata keçirməyi planlaşdıran Türkməneli Ksültür Mərkəzi başqanı Dr.Mustafa Ziya ve Dünya İletişimciler Derneği. Dr. Şemsettin Küzeci ilə bundan sonra daha dda çox ortaq layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirmişdi və bütün Türk dünyasını Kərkük Türkmənləri üçün bu ağır zamanlarda onlara dəstəyə çağırıb. Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Q.Paşayevanın Türkməneli Kültür Mərkəzi başqanı Dr.Mustafa Ziya və Dünya İletişimciler Derneği. Dr. Şemsettin Küzeci ilə görüşündə İraqdakı soydaşlarımız və onlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində layihələr ətrafında fikir mübadiləsi aparılıb.

 

Advertisements

19.09.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: