Millət vəkili Tovuzda sakinlərin qayğılarını dinləyib və Yeni Dərs ili münasibəti ilə məktəbləri ziyarət edib və təbrik edib

Millət vəkili Tovuzda sakinlərin qayğılarını dinləyib və  Yeni Dərs ili münasibəti ilə məktəbləri ziyarət edib və təbrik edib.

Millət vəkili Qənirə Paşayeva Tovuzun kəndlərini ziyarət edib,  sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb. Sakinlərin ən çox müraciətləri arasında övladlarına iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub. Q.Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub. Bir sıra vətəndaşlar evlərinə təbii qaz və su xəttinin çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər. Bundan başqa təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb. Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib. Q.Paşayeva son illlər cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən işlər barədə də məlumat verərək, imkanları artdıqca bir sıra digər problemlərin də öz həllini tapacağına inandığını bildirib. Millət vəkili kəndlərdə bir sıra şəhid ailələrinin, müharibə əlillərinin, sağlamlıq imkanları məhdud şəxslərin ailələrini də ziyarət edib, onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını bildirib. Millət vəkili Qənirə Paşayeva eyni zamanda Tovuz rayonunun Qovlar şəhərində, Düz Qırıqlı və Cəlilli kəndlərində orta məktəbləri ziyarət edib, müəllim və şagirdləri Yeni Dərs İlinin başlanması münasibətilə təbrik edib, uğurlar diləyib. Tovuz rayonunun həmişə təhsil göstəricilərinə görə fərqləndiyini qeyd edən millət vəkili Qənirə Paşayeva gələn il Tovuz rayon məktəblərindən daha yüksək nəticələr gözləyirik deyib. Millət vəkili məktəblərin və kollektivin qayğıları ilə də maraqlanıb və fikir mübadiləsi aparılıb.

Advertisements

15.09.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: