Millət vəkili Q. Paşayeva Tovuzda idmançı uşaqlarla görüşüb, təbrik edib və qayğıları ilə maraqlanıb

Millət vəkili Q. Paşayeva Tovuzda idmançı uşaqlarla görüşüb, təbrik edib və qayğıları ilə maraqlanıb.

Millət vəkili Q.Paşayeva Tovuzda rayonun müxtəlif kəndlərindən Əyyublu, Düz Qırıqlı, Dönük Qırıqlı, Əlimərdanlı, Qaraxanalı, Qədirli, Cilovdarlı, Xatınli, Hunanlar, Cəlilli, Düz Çırdaxan, Əlibəyli, Ağdam, Vahidlidən və Qovlar şəhərindən futbol, həndbol, basketbol, voleybol və bir sıra idman növü ilə məşğul olan gənclərlə görüşüb. Millət vəkili onların rayon və respublika səviyyəsində artan uğurlarına sevindiyini vurğulayaraq qələbələrin daha da artacağına inandığını deyib. Uşaqlara hədiyyələr təqdim edərək, yeni dərs ili münasibəti ilə təbrik edən millət vəkili Q.Paşayevaya idmançı gənclər, müəllim və məşqçilər daha böyük uğurlara imza atacaqlarını söyləyiblər. Uşaqlara idman geyimləri və ləvazimatlarının hədiyyə edildiyi tədbirin sonunda millət vəkili idmançı gənclərin məşqlərini də izləyib. Millət vəkili Q.Paşayeva bildirib ki, gənclərimizin həm fiziki, həm də mənəvi olaraq güclü yetişməsi ən vacib məsələdir və idmanla fəal məşğul olmağa çağırıb. Məktəblərin şagirdləri arasında yerli və beynəlxalq yarışlarda qələbələrin artmasının böyük önəmindən danışan millət vəkili Q.Paşayeva onların daha böyük uğurla imza atacağına əmin olduğunu bildirib. Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir deyib və gəncləri bu zərərli vərdişlərdən də tamam uzaq durmağa çağırıb. Tədbirdə Tovuzda səfərdə olan İSTAD təşkilatının sədri Səfər Karakoyunlunun rəhbərlik etdiyi 17 nəfərlik nümayəndə heyəti də iştirak edib. Onlara qardaş Türkiyədən salamlar gətirdiklərini söyləyən nümayəndə heyəti fəal məktəblərə hədiyyələrini təqdim ediblər və daha böyük uğurlar diləyiblər.

 

Advertisements

14.09.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: