Millət vəkili Q.Paşayeva Türkiyənin tanınmış aydınları ilə görüşdə Türk dünyası həqiqətlərinin yayılmasında aydınların fəallığı daha da artmalıdır deyib

Millət vəkili Q.Paşayeva Türkiyənin tanınmış aydınları ilə görüşdə Türk dünyası həqiqətlərinin yayılmasında aydınların fəallığı daha da artmalıdır deyib.

Millət vəkili Q. Paşayeva qardaş Türkiyənin Azərbycanda səfərdə olan bir qrup tanınmış aydınları Türk Ədəbiyyatı Vakfı başkanı Serhat Kabaklı, Maltepe Universiteti Eğitim Fakiltesi dekanı,Prof.Dr. Ramazan Korkmaz, Türk Ədəbiyyatı Dərgisi Genel Yayın Yönətməni Bahtiyar Arslan, TEDEV yönətim kurulu üyesi Özcan Ünlü və aydınlar İsa Kocakaplan, Lütfullah Parıltı, Ramazan Yılmaz və Orhun Kabaklı ilə görüşüb. Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrin daha da inkişafı, Türk dünyasının birliyinin gücləndirilməsi və bu istiqamətdə aydınların üzərinə düşən vəzifələrlə bağlı geniş müzakirələrin aparıldığı görüşdə Türk dünyası aydınlarının topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalı olduğu xüsusi vurğulanıb.  “Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq” deyən millət vəkili Q. Paşayevanın fikirlərini dəstəkləyən  aydınlar  bildiriblər ki güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik. “Bütün türk dünyasını, harada doğulub harada yaşamasından asılı olmayaraq  bir-birinin sevincinə sevinməli, probleminə isə üzülüb həlli istiqamətində dəstək olmalıdır” fikrinin xüsusi vurğulandığı görüşdə Qarabağ problemi ətrafında, həqiqətlərin dünyaya yayılmasında Türk dünyası aydınlarınını rolunun genişlənməsinin vacibliyi barədə də geniş söhbət aparılıb.

“Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ailələrimizin,  aydınlar, şair, yazar  və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünün” vurğulandığı görüşdə konkret layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb və bildirilib ki, özəlliklə gənc nəsillərimizin oprtaq tarix, ədəbiyyatımızı öyrənməsi istiqamətində görülən işlər daha da surətlənməlidir.  Görüşün sonunda millət vəkili Q. Paşayeva Türk Ədəbiyyatı Vakfı başkanı Serhat Kabaklı, Maltepe Universiteti Eğitim Fakiltesi dekanı,Prof.Dr. Ramazan Korkmaz, Türk Ədəbiyyatı Dərgisi Genel Yayın Yönətməni Bahtiyar Arslan, TEDEV yönətim kurulu üyesi Özcan Ünlü və aydınlar İsa Kocakaplan, Lütfullah Parıltı, Ramazan Yılmaz və Orhun Kabaklıya Azərbaycan mədəniyyəti ilə bağlı material və hədiyyələri təqdim edib.

Advertisements

08.09.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: