Millət vəkili Q. Paşayeva Tovuzda təbii fəlakətin zərər vurduğu kəndləri ziyarət edib, görülən işlərlə maraqlanıb və sakinlərin qayğılarını dinləyib

Millət vəkili Q. Paşayeva Tovuzda təbii fəlakətin zərər vurduğu kəndləri ziyarət edib, görülən işlərlə maraqlanıb və sakinlərin qayğılarını dinləyib.

Millət vəkili Q.Paşayeva Tovuz rayonunun Əlimərdanlı, Qaraxanlı, Qədirli, Cilovdarlı, Xatınlı, Cəlilli, Düz Cırdaxan kəndlərində bir müddət əvvəl təbii fəlakət, dolu yağması nəticəsində evləri, əmlakları zərər görmüş vətəndaşlarla yenidən görüşüb və kənd sakinlərinə dəymiş zərərin aradan qaldırılması istiqamətində dövlət dəstəyi ilə görülən işlərlə maraqlanıb və vətəndaşların qayğılarını dinləyib.  Özəlliklə yağan dolunun evlərinin damını tamamilə yararsız vəziyyətə saldığı bir sıra maddi imkanları ağır ailələrə baş çəkən millət vəkili Q.Paşayeva onların evinin dam örtüyünün düzəldilməsi istiqamətində şiferlə təmin olunub-olunmadıqları ilə maraqlanıb və bildirib ki dövlət bunun üçün vəsait ayırıb və bu cür ailələrə şifer yardım edilməlidir.  Millət vəkili Q.Paşayeva sakinlərlə görüşündə evlərini təcili sığortalamağa da çağırıb və bunun nə qədər vacib olması ilə bağlı onlara geniş bilgilər verib və müzakirələr aparıb. Q.Paşayeva kəndləri ziyarət zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq  Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında iş yerinə və ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub. Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib. Q.Paşayeva son illlər cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən işlər barədə də məlumat verərək, imkanları artdıqca bir sıra digər problemlərin də öz həllini tapacağına inandığını bildirib. Millət vəkili eyni zamanda həmin kəndlərdə bir sıra şəhid ailələri, müharibə əlilləri, sağlamlıq imkanları məhdud şəxslərin ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını bildirib.

Advertisements

06.09.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: