Millət vəkili Qənirə Paşayeva fəal gənc qızlarla görüşündə Qarabağ həqiqətlərinin yayılmasında sosial şəbəkələrdə aktiv olmağa çağırıb

Millət vəkili Qənirə Paşayeva fəal gənc qızlarla görüşündə Qarabağ həqiqətlərinin yayılmasında sosial şəbəkələrdə aktiv olmağa çağırıb

Millət vəkili Q.Paşayeva  Gənclər üçün Təhsil Mərkəzinin “Qızlar Seminariyası” layihəsi çərçivəsində gənc qızlarla görüşüb, geniş məruzə ilə çıxış edib və  fikir mübadiləsi aparıb.  İlk öncə Mərkəzin rəhbəri və təşkilatın sədri  layihə, onun vacibliyi ilə bağlı geniş məlumat verib və bu cür müzakirələrin faydalı olacağına inandığını deyib. Çoxlu sayda gənc qızların qatıldığı tədbirdə çıxışında millət vəkili Qənirə Paşayeva bildirib ki, hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülürsə, orada daha çox uğurlar var. Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır. Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutmasının vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib. O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır. Millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə danışıb və görülən işlərdə Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın böyük xidmətlərini xüsusi vurğulayıb. Qadınlara qarşı zorakılığın ən böyük insan haqları pozuntularından olduğunu deyən millət vəkili Qənirə Paşayeva “biz qadınların məişət zorakılığı da daxil olmaqla məruz qaldığı bütün növ zorakılıqlara qarşı mübarizəmizi daha da artırmalıyıq, hər gün ailəmizdən, ətrafımızdan başlayaraq bu cür mənfi hallara qarşı hər birimiz mübarizə aparmalıyıq”-, dedi. Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçdiyini vurğulayan millət vəkili bildirib ki, zorakılığa məruz qalan qadınların əksəriyyətini təhsilsiz qadınlar təşkil edir: “Unutmamalıyıq ki, zorakılığa məruz qalan qadınlar arasında savadsız, təhsilsiz, heç bir peşənin sahibi olmayan, iqtisadi baxımdan özünü idarə edə bilməyənlər, öz hüquqlarını bilməyən qadınlar əksəriyyət təşkil edir, Savadlı cəmiyyət savadlı anadan keçir. Bundan başqa bu gün geniş yayılmış qadınlara qarşı məişət zorakılığı ilə mübarizə sahəsində də fəaliyyətimizi daha da gücləndirməyə ciddi ehtiyac var.

“Gənclərin qarşısında yaranan uğursuzluqların ən böyük səbəbi tənbəllikdir. Karyerada uğur qazanmaq istəyən hər bir gənc özünün zaman bölgüsünə diqqət yetirməli, onun dəyərli vaxtını alan mənasız və əyləncələrdən uzaq olmağa çalışmalıdır. Və ən əsası, gənclər özlərini qorxuzmadan, qarşıya qoyduqları hədəfə doğru qətiyyətlə addımlamalıdırlar”, – Qənirə Paşayeva deyib.

Tarixdə iz salan insanların hamısının çətinliklərə qatlaşaraq o səviyyəyə çatdığını deyən millət vəkili vurğulayıb ki, gənclərin indi qarşılaşdığı çətinliklər onların gələcəkdə daha təcrübəli və daha bacarıqlı olmalarına səbəbdir: “Mən  buradakı hər bir gəncə məsləhət görərdim ki, televiziya kanallarında yayımlanan əyləncəli veriliş və teleseriallara  sərf etdikləri qızıl zamanı mütaliəyə sərf etsinlər, internetin yaratdığı imkanlardan yararlanaraq, dünya görüşlərini artırsınlar. Nə qədər ki, gəncsiniz, zamanınız var, bunu dəyərləndirin”.

Millət vəkili bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və gənclərimiz oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar.  O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və  dünyagörüşünün formalaşmasında  mütaliə xüsusi əhəmiyyət kəsb edir. Deputat gəncləri zamandan faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verlişlərə, teleseriallara, şou proqramlarına  ayırmamağa səsləyib.

Millət vəkili Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. Ogənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı  əylənməyə deyil, oxumağa, öyrənməyə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb. Millət vəkili gəncləri Azərbaycan tarixi, ədəbiyyatı və çoğrafiyasını yaxşı öyrənməyə çağırıb. Q.Paşayeva eyni zamanda gənc qızları maraqlandıran sualları da cavablandırıb.

 

Advertisements

28.08.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: