Kırşehirdə Qarabağ parkı açılacaq

Millət vəkili Q.Paşayevanın dəvəti ilə ölkəmizdə səfərdə olan 22 nəfərlik Kırşehir bələdiyyə məclis üzvləri Kırşehirdə Qarabağ parkının salınacağını bildiriblər.  

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə Azərbaycanda səfərdə olan qardaş Türkyənin Kırşehir vilayətinin 22 nəfərlik bələdiyyə məclis üzvləri və bu bölgədən gəlmiş bir qrup aydın millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva ilə görüşüblər və geniş fikir mübadiləsi aparıblar. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva qonaqlara ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib,  geniş müzakirələr olub. Azərbaycanı çox sevdiklərini və özlərini Vətəndəki kimi hiss etdiklərini deyən qonaqlarla Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. “Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistanın işğalı altındadır və biz işğal altındakı o gözəl bölgələrimizə gedə bilmirik, qardaş Türkiyədə isə terrorla mübarizədə çoxlu sayda qardaş-bacılarımız həyatını itirib”, – deyən millət vəkili Q.Paşayeva “qardaş Türkiyədə terrorla mübarizədə həyatını itirmiş insanlara Allahdan rəhmət diləyirik və Azərbaycan və qardaş Türkiyənin hər zaman güclü olması ən böyük diləyimizdir”, – deyib. O, biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq deyib. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, verdiyi mesajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və bu səfər dosta da düşmənə də çox önəmli məsaj oldu deyib. Q.Paşayeva Azərbaycan və Türkiyə bir millət iki dövlətdir deyərək bu birliyin dosta da düşmana da bir məsaj olduğunu söyləyib.  “Sizin Kırşehire səfəriniz, bələdiyyə başqanına Qarabağ parkının salınması və qardaş bələdiyyələrlə bağlı təkliflərinizi o zaman bələdiyyə başqanı Yaşar Bahçeci dəstəkləmişdi. Məlumat vermək istəyirəm ki, artıq bələdiyyə məclisinin qərarına əsasən sizin millət vəkili seçildiyiniz Tovuz bölgəsi Kırşehirin qardaş bələdiyyəsi elan edilib və rəsmi yollarla bu məlumat Azərbaycana da göndərilib və ümid edirik ki, yaxın gələcəkdə qarşılıqlı səfərlər, sənədlərin imzalanması və əməkdaşlığın genişlənməsi olacaq. Eyni zamanda sizin təklifiniz əsasında Kırşehirdə Qarabağ parkının salınması ilə bağlı işlər qısa zamanda başlayacaq”- deyən Kırşehir bələdiyyə başqanın müavini Emre Şahinci millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q. Paşayevaya onları Azərbaycana dəvət etdiyi və səfəri təşkil etdiyi üçün təşəkkürünü bildirərək bu səfərin bələdiyyə məclis üzvləri üçün çox önəmli olduğunu deyib. O, bələdiyyə başqanı adından millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q. Paşayevanı  konfranslar vermək üçün Kırşehire dəvət edib. Kırşehir bələdiyyə başqanı yardımçısına və rəhbərlik etdiyi heyətin üzvlərinə təşəkürünü bildirən millət vəkili Q. Paşayeva onların Azərbaycana səfərlərinin, müxtəlif bölgələrlə tanışlıqlarının, ön cəbhədə olmalarının böyük əhəmiyyət daşıdığını deyib və onların Kırşehirə döndükdən sonra Azərbaycanı, Qarabağ həqiqətlərini gənc nəsillərə geniş anladacaqlarına və Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verəcəklərinə inandığını deyib.   Dəvəti böyük məmnuniyyətlə qəbul edən millət vəkili Q.Paşayeva Qarabağ problemi də daxil olmaqla Türk dünyasının ortaq problemləri ətrafında konfranslara hər zaman böyük ehtiyac olduğunu deyib və Kərşehirdə təkrar konfranslar verməkdən məmnun olacağını bildirib. Görüşün sonunda millət vəkili Q.Paşayeva qonaqlara Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edib.

 

Advertisements

24.08.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: