Bundan sonra “Qarabağ”ın yanında daha da çox olmalıyıq

Bir az əvvəl tarix yazan “Qarabağ” futbol klubumuzun baş məşqçisi,əziz qardaşım Qurban Qurbanovla danışdım və həm öz adından həm də insanlarımız adından onu təbrik etdim.

Qurban Qurbanov Azərbaycan futbolunun inkişafında misilsiz xidmətlərin müəllifidir. Özünün biliyi,bacarığını oyunculara öyrətmək, klubun inkişafına təkan verməklə yanaşı özünün mənəvi-əxlaqi keyfiyyətləri ilə də bütün oyunçular üçün ən gözəl örnəkdir. Bir az əvvəl özünə də dediyim kimi dünən axşam bütün azərbaycanlılar duaları ilə onların yanında idi və hər zaman da olacaq. “Qarabağ” öz ətrafında bütün azərbaycanlıları birləşdirən bir klubdur.
Bir az əvvəl klubun prezidenti Tahir Gözəlllə danışıb, onu və bütün klubu təbrik edərkən də söylədim ki “Qarabağ” ın qələbəsi bütün Azərbaycanın, azərbaycanlıların qələbəsidir və komandanın rəhbərliyinə də təşəkkürümü bildirdim. “Qarabağ” dünən axşam tarixi bir mərhələni adladı və ən güclü klubların yarışacağı mərhələyə daxil oldu. “Qarabağ” ölkəmizin təbliğatı baxımından da misilsiz işlər görür. “Qarabağ” klubunun rəhbərləri Abdulvarı Gözəl, Tahir Gözəli, Baş məşqçi Qurban Qurbanovu, bütün oyunçuları və komandaya əziyyət çəkən hər kəsi, klubu xüsusi diqqətdə saxlayan cənab Prezidenti və klubun azarkeşləri olan bütün azərbaycanlıları təbrik edirəm! Eyni zamanda “Qarabağ” futbol klubunun yaradılmasında, bu günə qədər inkişafında əməyi ola hər kəsi təbrik edirəm.
Bundan sonra “Qarabağ”ın yanında daha da çox olmalıyıq. Ümid eidrəm ki Qurban müəllimin açıqladığı məsələ kluba bir neçə əlavə yaxşı oyunçunun cəlb edilməsi də öz həllini tapacaq və komanda növbəti mərhələdə uğurları ilə yenə də hamımızı sevindrəcək.

Advertisements

24.08.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: