Türkiyə aydınları Quba soyqırımı məzarlığını ziyarət edib və həqiqətlərin dünyaya yayılmasında Azərbaycanın daim yanındayıq deyiblər

Türkiyə aydınları Quba soyqırımı məzarlığını ziyarət edib və həqiqətlərin dünyaya yayılmasında Azərbaycanın daim yanındayıq deyiblər. 

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Avrasya Ekonomik İlişkiler Derneği (EkoAvrasya)nın dəstəyi və təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan qardaş Türkiyədən, Ankaradan  Pursaklar bələdiyyə başqanı Selcuk Çetinin rəhbərlik etdiyi nümayəndə heyəti, Avrasya Ekonomik İlişkiler Derneği (EkoAvrasya)nın sədri Hikmet Eren və təşkilatın üzvləri, Türkiyənin bir sıra QHT rəhbərləri , KİV təmsilçiləri və aydınları millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayevanın müşayiəti ilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.  Qonaqları müşayiət edən millət vəkili Qənirə Paşayeva ermənilərin törətdikləri soyqırımlar haqqında ətraflı məlumat verib. Türkiyəli qonaqların diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Ankara Pursaklar bələdiyyə başqanı Selcuk Çetin bu gerçəklikləri birlikdə bütün dünyaya daha geniş duyurmalıyıq deyib: “Bizim tariximizdə heç bir qara ləkə yoxdur. Amma təəssüf ki, vaxtaşırı bizə qarşı düşmənçilik mövqeyi ortaya qoyulub, hücumlara məruz qalmışıq. Amma biz türklər necə ki Çanaqqalada, Qubada bir araya gəlib Vətənini şərəflə müdafiə etmişiksə, bundan sonra da torpaqlarımız uğrunda yorulmadan mübarizə aparacağıq”.Avrasya Ekonomik İlişkiler Derneği (EkoAvrasya)nın rəhbəri Hikmət Eren, Türkiyənin bir sıra QHT rəhbərləri, jurnalist və aydınları qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və Xocalı Soyqırımı həqiqətləri kimi Quba Soyqırımı həqiqətlərinin də dünyaya daha geniş çatdırılmasında yanınızdayıq deyiblər. Türkiyəli qonaqlar 1802-ci ildə tikilən və özünəməxsus memarlıq üslubuna malik Cümə məscidində də olublar. Bildirilib ki, bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biri olub. Qonaqlar  Quba rayonunun digər tarixi-mədəni yerləri, abidələri  ilə də  ətraflı tanış olublar və Azərbaycanda özlərini Vətəndə hiss etdiklərini deyiblər.

 

Advertisements

19.08.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: