Türkiyə aydınları Fəxri, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət  ediblər və Qarabağ həqiqətlərinin yayılmasında fəalllığımızı artırmalıyıq deyiblər

Türkiyə aydınları Fəxri, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət  ediblər və Qarabağ həqiqətlərinin yayılmasında fəalllığımızı artırmalıyıq deyiblər.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Avrasya Ekonomik İlişkiler Derneği (EkoAvrasya)nın  dəstəyi və təşkilatçılığı ilə ölkəmizə səfər etmiş Türkiyədən, Ankaradan  Pursaklar bələdiyyə başqanı Selcuk Çetinin rəhbərlik etdiyi nümayəndə heyəti, Avrasya Ekonomik İlişkiler Derneği (EkoAvrasya)nın sədri Hikmet Eren və təşkilatın üzvləri, Türkiyənin bir sıra QHT rəhbərləri , KİV təmsilçiləri və aydınları millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin Qənirə Paşayevanın müşayiəti ilə Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarət ediblər. Qonaqlar millət vəkili   Qənirə Paşayevanın müşayiəti ilə ilk öncə Fəxri Xiyabanı ziyarət ediblər. Onlar əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Ümummilli lider Heydər Əliyevin “bir millət – iki dövlət” kəlamını xatırladan Q.Paşayeva, onun həyatının Türk Dünyası üçün bir örnək olduğunu qeyd edib. Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarları ziyarət edib və ruhuna dualar oxunub. Sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər. Millət vəkili Q.Paşayeva  Ankara  Pursaklar bələdiyyə başqanı Selcuk Çetinin rəhbərlik etdiyi nümayəndə heyəti, Avrasya Ekonomik İlişkiler Derneği (EkoAvrasya)nın səddri Hikmet Eren və təşkilatın üzvləri, Türkiyənin bir sıra QHT rəhbərləri , KİV təmsilçiləri və aydınlarına Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib. Qonaqlar Şəhidlər Xiyabanında həmçinin şəhid jurnalistlər Milli Qəhrəmanlar, telejurnalist Çingiz Mustafayevin, Salatın Əsgərovanın və Alı Mustafayevin də məzarlarını ziyarət ediblər. Qonaqlar onlarla bağlı ətraflı bilgi verilib. Daha sonra qonaqlar Bakı Türk Şəhidliyini ziyarət ediblər. Onlara 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda və Azərbaycanın digər bölgələrində amansız qətliamlar törətdikləri, Qafqaz Türk İslam Ordusunun Azərbaycanı, özəlliklə, Bakını erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəlməsi barədə geniş məlumatlar verilib, Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı, and yeri olduğunu bildirib. Türkiyəli qonaqlara eyni zamanda millət vəkili Qənirə Paşayeva XX yüzillikdə müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu bildirib və ölkənin ali qanunvericilik orqanı, fəaliyyəti barədə geniş məlumat verib.Türkiyədən, Ankaradan  Pursaklar bələdiyyə başqanı Selcuk Çetinin rəhbərlik etdiyi nümayəndə heyəti, Avrasya Ekonomik İlişkiler Derneği (EkoAvrasya)nın səddri Hikmet Eren və təşkilatın üzvləri, Türkiyənin bir sıra QHT rəhbərləri , KİV təmsilçiləri və aydınlarınıQənirə Paşayevanın müşayiəti ilə paytaxtla yaxından tanışlıq səfərinə İçərişəhərdən başlayıblar. Onlar burada Şirvanşahlar Saray-Komleksini, Seyid Yəhya Bakuvinin türbəsini, Qız qalasını, Cümə Məscidini və bir sıra tarixi abidələri ziyarət ediblər, onlara Bakının tarixi, Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı geniş məlumatlar verilib.

 

Advertisements

19.08.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: