“Qarabağdan Aksaraya könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi” keçirilib

“Qarabağdan Aksaraya könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi” keçirilib

Milllət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, Aksaray Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan gecədə Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazqı, millət vəkilləri, partiyaların rəsmiləri, QHT və KİV rəhbərləri və çoxlu sayda yerli sakin iştirak edib. Gecədə çıxış edən Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazqı millət vəkili Q.Paşayevanın təşəbbüsü və onun rəhbərlik etdiyi Avarsiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəsətəyi ilə tarixi Aksarayda Qarabağ parkı və abidəsinin açılışı və “Qarabağdan Aksaraya könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi”nin keçirilməsindən və bu işə dəstək verməkdən böyük məmunluq duyduqlarını deyib. Bələdiyyə başqanı Azərbaycan və Türkiyə əlaqələrinin möhkəm bağlarla bağlandığını dilə gətirib. Onun sözlərinə görə bu cür gecələrin təşkili dostluq və qardaşlığımızın göstəricisidir. Daha sonra söz millət vəkili Qənirə Paşayevaya verilib. O, hər iki ölkənin birliyinin göstəricisi olan gecədə birlik və qardaşlıq münasibətilə hər kəsi təbrik edib. “Türkiyənin uğuru bizim və bütün türk dünyasının uğuru, bizim uğurumuz Türkiyənin və bütün türk dünyasının uğurudur”. Türkiyənin hər bir uğuruna Azərbaycanın uğuru kimi sevindiyimizi deyən millət vəkili Q.Paşayeva Türk dünyasının ağırı açılarından da danışıb:” Azərbaycan torpaqlarının 20%- i Ermənistan tərəfindən işğal edilib və bu işğal bu gün də davam edir. İşğal nəticəsində 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Onlar hələ də evlərinə dönə bilmədikləri üçün vətən həsrəti çəkir. Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad etmək və o insanların öz doğma torpaqlarına qayıtmağı üçün Azərbaycan və Türkiyənin güclərini daha da birləşdirəcəyinə inanıram. İnşaallah bu cür tədbirləri gələcəkdə Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Kəlbəcərədə və digər o gözəl torpaqlarda qeyd edək”. Azərbaycan və Türkiyənin birliyindən bəhs edən gecədə millət vəkili Qənirə Paşayevanın rəhbərliyi ilə qardaş ölkəyə səfər edən Azərbaycanın Əməkdar Artisti Aybəniz Haşımova, sənətçi İlham Əsgəroğlu, istedadlı gənc sənətçi Aynişan Quliyeva, gənc muğam ifaçısı Nicat Aksaraylıları Azərbaycan musiqisi ilə heyran ediblər. Gece alqışlara qarşılanıb. Gecənin sonunda sənətçilərlə birlikdə hər kəs “Çırpınırdı Qara dəniz baxıb Türkü bayrağına” əsəri və “Qarabağ şikəstəsi”ni oxuyublar. Aksaray bələdiyyə başqanı deyib ki bundan sonra hər il Qarabağ parkında belə bir gecənin keçirilməsinə çalışacaqlar. Millət vəkili Q.Paşayeva isə deyib ki hər il Aksarayda belə bir gecənin baş titması üçün dəstək göstərməyə hazırıq və inanırıq ki Aksaraylılar bu gün olduğu kimi hər zaman Azərbaycan mədəniyyətini alqışlarla qarşılayacaqlar. Millət vəkili Q.Paşayeva Aksaraydan Qarabağa Könül Köprüsü adlı növbəti gecənin Aksaray bələdiyyə başqanı, üzvləri və Aksaraydan sənətçilərin iştirakı ilə Azərbaycanda keçiriləcəyini bildirib və hər kəsi dəvət edib. Tədbirin sonunda millət vəkili Q.Paşayeva Aksaray bələdiyyə başqanı Haluh Şahin Yazqıya Avrasiya Beynəlxalq Araaşdırmalar İnstitutu adından mükafat və Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edib. Tədbirin keçirilməsinə dəstək olan Okuklu İnşaata təşəkkürlər.

Advertisements

01.08.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: