Millət vəkili Q. Paşayevaya Aksaray və Kapadokyanın(Uçhisar) Fəxri Vətəndaşlığı verilib

Millət vəkili Q. Paşayevaya Aksaray və Kapadokyanın(Uçhisar) Fəxri Vətəndaşlığı verilib.

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayevaya Aksaray vilayətinin fəxri vətəndaşı statusu verilib. Millət vəkilinə Fəxri Vətəndaşlıq Aksaray bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən qəbul edilən ortaq qərara əsasən verilib. Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazqı bildirib ki, millət vəkili Q.Paşayeva Türk dünyası üçün göstərdiyi xidmətləri, beynəlxalq arenada çıxışlarında hər zaman Türkiyəyə dəstəyi, Aksarayın tanıdılmasındakı xidmətlərinə, Azərbaycanla Türkiyə arasında, Azərbaycanla Türkiyənin Aksaray vilayəti arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə Aksarayın Fəxri Vətəndaşlığına layiq görülüb. Millət vəkiili Q.Paşayevaya həmçinin qədim Kapadokyanın(Uçhisar) Fəxri Vətəndaşlığı da verilib. Uçisar bələdiyyə məclisinin qərarı ilə verilən Fəxri Vətəndaşlığın millət vəkili Q.Paşayevaya təqdim edilməsi zamanı bələdiyyə başkanı Aki Karaarslan bildirib ki Q.Paşayeva fəaliyyətində hər zaman Azərbaycan-Türkiyə qardaşlığının güclənməsinə, Türk dövlət və toplumlarının haklarının dünyanın hər yerində müdafiəsinə, Kapadikya ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsinə böyük önə verir və onun bu fəaliyyəti gənc nəsillər üçün gözəl örnəklərdən bidiridr və Uçhisar ona Fəxri Vətəndaşlıq verməkdən çox məmundur. Aksarayda və Kapadokyada Fəxri Vətəndaşlığın təqdim edilməsində iştirak edən millət vəkili Q. Paşayeva ona göstərilən bu etimadı yüksək qiymətləndirərək onu bu şərəfli ada layiq görən Aksaray və Kapadokyaya, bələdiyyə məclis sədrlərinə və üzvlərinə təşəkkürünü bildirib. Belə bir statusun onun üçün xüsusi onur olduğunu dilə gətirib: ” Aksarayın və Kapadokyanın fəxri vətəndaşı olmaq mənim üçün şərəfdir. Türkiyədə, özəlliklə Aksaray və Kapadokyada olmaq başqa duyğudur. Belə bir adın verilməsini mənə göstərdiyiniz etimad kimi qiymətləndirirəm və hər zaman onu doğrultmağa çalışacam”. Aksaray və Kapadokyada Fəxri Vətəndaşlığın verilməsi mərasimindəki çıxışları zamanı fəxri vətəndaşlığın verilməsini həyatının ən gözəl anlarından biri adlandıran millət vəkili bundan sonra da bu etimadı doğrultmağa çalışacağını, bundan sonra da Azərbaycan-Türkiyə birliyi, Türk dünyasının birliyi, bərabərliyi uğrunda əlindən gələni əsirgəməyəcəyini dilə gətirib: “Mənə verdiyiniz bu şərəfli statusa layiq olacağıma söz verirəm. Bunu öz adıma deyil, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və Türk dünyasının birliyinə, bərabərliyinə çalışan dəyərli böyüklərimizin, aydınlarımızın adına qəbul edirəm. Bizim hamımızın məqsədimiz türk millətinin birlik və bərabərliyini gücləndirmək, bu uğurda əlimizdən gələni əsirgəməmək olmalıdır”. Qənirə Paşayeva hazırda türk dövlətləri arasında mövcud olan qırılmaz əlaqələrdən də danışıb:“Hazırda Azərbaycan və Türkiyə arasında dünyada analoqu olmayan əlaqələr mövcuddur. Gənclərimiz bu əlaqələrin daha da genişlənməsi üçün əllərindən gələni etməlidirlər. Çünki böyük şəxsiyyət İsmayıl Qaspiralı deyir ki, dildə, fikirdə və işdə birlik. Əgər dildə və fikirdə birlik olmazsa, işdə də birlik olmaz. Dil və fikirdə bir olduğumuz türk dünyası ilə olan əlaqələri inanıram ki, gənclərimiz daha da genişləndirəcək”. Qənirə Paşayeva fəxri vətəndaşlıq statusu aldığı bu günlərdə düz 24 il əvvəl Azərbaycanda yaşanan faciələrin il dönümü olduğunu diqqətə çatdırıb. “24 il bundan əvvəl bu günlərdə Azərbaycanın Ağdam şəhəri işğal olunub. Mən bütün şəhidlərimizin ruhu qarşısında baş əyərək arzu edirəm ki, bir gün bu cür törənləri birlik və bərabərlik içərisində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Xocalıda, Qaradağlıda, o gözəl torpaqlarımızda da qeyd edək”. Sonda ona bu adı layiq görən hər kəsə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva, “Bundan sonra da nəfəsim yetdikcə Azərbaycan, fəxri vətəndaşlığını aldığım Aksaray, Kapadokya, Türkiyənin digər vilayətləri və eləcə də Türk dünyası üçün əlimdən gələni əsirgəməyəcəyəm”-, deyərək fikirlərini yekunlaşdırıb. Çıxışlardan sonra millət vəkili Qənirə Paşayevaya Aksaray və Kapadokyanın Fəxri Vətəndaşlığı statusunun rəsmi sənədləri təqdim olunub. O da öz növbəsində Aksaray bələdiyyə sədri Haluk Şahin Yazqı və Uçhisar bələdiyyə başkanı Ali Karaarslana Azərbaycan incəsənətinə və tarixi həqiqətlərinə aid hədiyyələr təqdim edib.

Advertisements

01.08.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: