Millət vəkili Q.Paşayeva Aksaray bələdiyyə başqanı ilə Qarabağ həqiqətlərinin bu vilayətdə daha geniş təbliğindən danışıb

Millət vəkili Q.Paşayeva Aksaray bələdiyyə başqanı ilə Qarabağ həqiqətlərinin bu vilayətdə daha geniş təbliğindən danışıb.

Qarabağ parkı, Xarıbülbül abidəsinin açılışı və “Qarabağdan Anadoluya könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi”ndə iştirak etmək üçün Aksarayda olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazgı ilə görüşüb. Millət vəkili Q.Paşayevanın Aksarayın mərkəzində Qarabağ Parkının açılması, Xarıbülbül abidəsinin qoyulması ilə bağlı təklifinə böyük həssaslıqla yanaşan bələdiyyə başqanına təşəkkürünü bildirib və bu addımın bütün Türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib. Millət vəkili Q.Paşayeva işğalçı Ermənistanın bir neçə gün əvvəl öncəbhədə törətdiyi vəhşiliklər, qətlə yetirdikləri balaca Zəhra ilə bağlı da geniş məlumatlar verib, müzakirələr olub. Azərbaycanı çox sevdiyini deyən Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazgı ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Azərbaycanın şəhidi bizim də şəhidimizdir deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyərək bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq. Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Aksarayın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Aksray bələdiyyə başqanı Haluk ŞahinYazgı Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib. Aksaray bələdiyyə başçısına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın yaxın günlərdə oxuculara təqdim olunacaq 2-ci hissəsində qədim Aksarayın da yer alacağını bildirib. Aksaray bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Aksaray bələdiyyə başqanı Haluk ŞahinYazgı Azərbaycana mütləq səfər edəcəyini bildirib.

Advertisements

01.08.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: