Millət vəkili Qənirə Paşayeva Türkiyənin Böyük Millət Məclisinin başqanl İsmail Kahramanla görüşüb və spiker Qarabağ məsələsində hər zaman Azərbaycanın yanındayıq və olacağıq deyib

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Böyük Millət Məclisinin başqanl İsmail Kahramanla görüşüb və spiker Qarabağ məsələsində hər zaman Azərbaycanın yanındayıq və olacağıq deyib.

Millət vəkili Q. Paşayeva Türkiyənin Aksaray vilayətində Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahramanla görüşüb. Birlik Vəqfinin Aksaray şöbəsinin açılışı şərçivəsində keçirilən görüş zamanı “Hər zaman Azərbaycanın yanındayıq, Qarabağ problemi bizim də, hamımızın problemimizdir. Dünyanın gözü önündə böyük haqsızlıq işlənilir. Ortada bir işğal var. Azərbaycan torpaqları işğal olunub və təssüf ki bu işğal davam edir. Biz hər zaman Qarabağ məsələsində Azərbaycanın yanındayıq və yanında olacağıq”- deyən Türkiyənin Böyük Millət Məclisinin sədri İsmail Kahramana millət vəkili Q.Paşayeva “biz də hər zaman qardaş Türkiyənin yanındayıq. Çünki Azərbaycanımızla yanaşı qardaş Türkiyə də bizim üçün Vətəndir. Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir. Hər zaman Azərbaycanla bərabər Türkiyənin də güclənməsini istəyir və dua edirik. Çünki biz birlikdə bu çoğrafiyada üzüntü, kədər içində yaşayan, müxtəlif dövlətlərin ərazisində yaşayan milyonlarla qardaş-bacılarımız üçün ümid, pənah qapısıyıq “deyib. Türkiyənin gücü Azərbaycanın Azərbaycanın gücü Türkiyənin güçüdür deyən və Qarabağ probleminin həllində fəal rol oynamayan BMT-ni tənqid edən Türkiyənin Böyük Millət Məclisinin sədri İsmail Kahramanla söhbətində millət vəkili Q.Paşayeva gənc nəsillərimizin məhz bu ruhda yetişməli olduğunu vurğulayıb. “1 millət, 2 dövlət! Allah hər zaman Azərbaycanımızı, Türkiyəmizi qorusun, birlik və bərabərliyimizi daha da gücləndirsin!” deyən millət vəkili Q.Paşayeva ilə söhbət zamanı Türkiyənin Böyük Millət Məclisinin sədri İsmail Kahraman Azərbaycandakı qardaş-bacılarımıza salam və sevgilərimizi söyləyin deyib. Görüş zamanı millət vəkili Q. Paşayeva Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahramana üzərində Qarabağ mötivləri olan qalstuk və “Qarabağ hekayələri” kitabını hədiyyə edib, Aksaraya Qarabağ Parkı və Xarıbülbül abidəsinin açılışında iştirak etmək üçün gəldiyini bildirib və Akşəhər bələdiyyəsinə təşəkkür edərək inşallah bu cür tədbirlərimizi birlikdə işğaldan azad edəcəyimiz gözəl Azərbaycan torpaqlarında, Türk yurdlarında da keçirək və inşallah o gün uzaqda deyil deyib. Görüş sonu açıqlamaları bu videodan izləyə bilərsiniz.

Advertisements

01.08.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: