Millət vəkili Q.Paşayeva beynəlxalq QHT təşkilatları rəhbərləri ilə Qarabağdan danışıb

Millət vəkili Q.Paşayeva beynəlxalq QHT təşkilatları rəhbərləri ilə Qarabağdan danışıb.  

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva  Beynəlxalq İDEA-nın (Demokratiyaya və seçkilərə yardım beynəlxalq institutu) idarə heyətinin üzvü Emine Bozkurtla görüşüb.  Uzun illər Avropa Parlamentində millət vəkili kimi çalışmış və bu gün Beynəlxalq İDEA-nın (Demokratiyaya və seçkilərə yardım beynəlxalq institutu) idarə heyətinin üzvü  Emine Bozkurtla müzakirələr zamanı millət vəkili ona Azərbaycanla bağlı və Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib. Q.Paşayeva ona Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, bir neçə gün əvvəl işğalçı Ermənistan ordusunun törətdiyi vandalizm aktları barədə ətraflı məlumatlar verib. Məcburi köçkünlərin fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə söhbət açan Q.Paşayeva bildirib ki, “Dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan hər kəs Ermənistanın törətdiyi vandalizm aktlarına, törətdiyi Xocalı soyqırımına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini beynəlxalq təşkilatlarda daha yüksək səslə söyləməlidir və Azərbaycan xalqı beynəlxalq QHT-larından da bunu gözləyir və ədalətin yanında daha çox olmağa çağırır. Millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva həmçinin Krans Montana Forumunun qurucusu Jan-Pol Karteron və  Krans Montana Forumunun Prezidenti  Pyer-Emmanuel Quirinlə də görüşüb. Görüş zamanı Azərbaycan həqiqətləri ilə bağlı danışan millət vəkili Q. Paşayevaya təşkilatın rəhbərləri Azərbaycanla əməkdaşlığa önəm verdiklərini deyiblər və maraqlı fikir mübadiləsi olub.

 

Advertisements

14.07.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: