Millət vəkili Q.Paşayeva Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Parlamentinin sədri ilə görüşdə işğalçı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından danışıb

Millət vəkili Q.Paşayeva Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Parlamentinin sədri ilə görüşdə işğalçı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından danışıb. 

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva  Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Parlamentinin sədri Mustafa Cisse Lo və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı Azərbaycanın Qərbi Afrika ölkələri ilə, onların yaratdığı təşkilatlar ilə  dostluğun və əmkdaşlığın inkişafına önəm verdiyini deyib. Müzakirələr zamanı millət vəkili Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Parlamentinin sədri Mustafa Cisse Loya  Azərbaycanla bağlı, onun iqtisadi inkişafına dair və Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib. Q.Paşayeva ona Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, bir neçə gün əvvəl işğalçı Ermənistan ordusunun qətlə yetiridyi balaca Zəhra barəsində ətraflı məlumatlar verib. Məcburi köçkünlərin fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə söhbət açan Q.Paşayeva bildirib ki, “Dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan hər kəs Ermənistanın törətdiyi vandalizm aktlarına, törətdiyi Xocalı soyrımına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini beynəlxalq təşkilatlarda daha yüksək səslə söyləməlidir və Azərbaycan xalqı Qərbi Afrika ölkələrindən və onların birliyi olan ECOWAS və onun Parlamentindən də bunu gözləyir və ədalətin yanında daha çox olmağa çağırır.  Millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Parlamentinin sədri Mustafa Cisse Lo və rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə dair, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən materialları təqdim edib. Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Parlamentinin sədri Mustafa Cisse Lo da Azərbaycanla dostluğun inkişafında maraqlı olduqlarını deyərək əməkdaşlığın genişlənməsinin önəmini vurğulayıb.

 

Advertisements

11.07.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: