Millət vəkili Q.Paşayeva Crans Montana Beynəlxalq Forumunda çıxış edərək Zəhradan danışıb və Ermənistan hakimiyyətini cinayətlərə son qoymağa çağırıb

Millət vəkili Q.Paşayeva Crans Montana Beynəlxalq Forumunda çıxış edərək Zəhradan danışıb və Ermənistan hakimiyyətini cinayətlərə son qoymağa çağırıb.

İspaniyanın Barselona şəhərində Crans Montana Forumunda “ İpək Yolu potensialı və Aralıq dənizi, Orta Şərq və Afrika region ölkələri ilə əməkdaşlıq üzrə”  beynəlxalq konfransda müzakirələr zamanı  İpək Yolu layihəsinin regiona gətirəcək qarşılıqlı mənfəətli iqtisadi və ticarət əlaqələrinin potensialı  ilə bağlı geniş məruzə ilə çıxış edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri  Q. Paşayeva işğalçı Ermənistan silahlı qüvvələrinin vəhşicəsinə qətlə yetirdiyi balaca Zəhra barədə danışıb. Yaxasında Zəhranın faciəvi həlak olmasını əks etdirən foto ilə tədbirə qatılan və məruzə ilə çıxış edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri   Q. Paşayeva həmin fotoları tədbir iştrakçılarına nümayiş etdirərək Ermənistan rəhbərliyinin törətdiyi cinayətlərdən danışıb. O bildirib ki, öz kəndində və evində qətlə yetirilən Zəhra ilə bərabər onun nənəsi də qətlə yetirilib, qohumları isə ağır yaralanıb. Hadisə barədə məlumat verən millət vəkili Q. Paşayeva bildirib ki, işğalçı Ermənistanın törətdiyi bu böyük cinayətlərə beynəlxalq ictimaiyyət etiraz səsini yüksəltməlidir:” Zəhranın qətlə yetirilməsi insanlığın faciəsidir və biz buradan Ermənistan rəhbərliyini törətdiyi cinayətlərə son qoymağa çağırırıq və tələb edirik.” Millət vəkili Q. Paşayeva Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlaması və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün evinə dönməsinə imkan vermədiyi barədə də danışaraq bunun böyük insanlıq faciəsi olduğunu bildirib. Q. Paşayeva “Ermənistan bu işğalçılıq əməllərinə son verməlidir və biz buradan Ermənistan rəhbərliyini buna son verməyə çağırırıq”, – deyib.

Millət vəkili Q. Paşayeva Azərbaycanın İpək Yolu layihəsinə böyük önəm verdiyini deyərək ölkəmizin həyata keçirdiyi böyük enerji və nəqliyyat layihələrindən geniş danışıb, Azərbaycanın bu məsələ ilə bağlı yanaşması ətrafında geniş məruzə edib. O bildirib ki, bölgədə əməkdaşlığın daha da genişlənməsinə səbəb olan amillər arasında həllini tapmamış münaqişələr xüsusi rol oynayır.

“Azərbaycan “Avropa – Qafqaz – Asiya”(TRACECA) dəhlizinə yüklərin daha böyük axınının cəlb edilməsi, ona mövcud və qurulmaqda olan regional enerji və nəqliyyat sistemlərinin daxil edilməsi, milli iqtisadiyyatın strukturunun dəyişilməsi və ölkənin enerjidaşıyıcılarından asılılığının azqaldılması kimi 3 həyati əhəmiyyətli vəzifəni həll etməyə imkan verən iri geoiqtisadi layihədə maraqlıdır. Təsadüfi deyil ki, bütün bu maraqlarını aydın anlayan Azərbaycan xarici maliyyə dəstəyi olmadan Böyük İpək yolu iqtisadi layihəsində lazımi infrastrukturun qurulmasını müstəqil şəkildə həyata keçirən bir neçə ölkələrdən biridir.

Azərbaycan bu layihənin  həyata keçirilməsində lap başlanğıcdan belə bir tezisi rəhbər tutur – bir iştirakçının təhlükəsizliyi başqalarının təhlükəsizliyini nəzərdə tutur.  Bu Layihənin əhatə dairəsinin genişliyini nəzərə alaraq bu gün artıq aydın görünür ki, onun əsasında qoyulan təhlükəzislik formatı regional sərhədlərdən kənara çıxır. İpək Yolu layihəsi çərçivəsində təhlükəsizlik sistemi kompleksinin korporativ, kollektiv və ya daha hansı formatda olacağı hələ aydın deyil.

Lakin bizim ölkə üçün onun quruluşu müstəsna olaraq münasibətlərin praqmatizmində görülür. Bu Layihəyə qoşulmuş ölkələrin əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü, xüsusilə Dağlıq Qarabağ münaqişəsi məsələsində mövqeyini dəstəkləyir. Ona görə biz tamamilə əsaslı olaraq hesab edirik ki, İpək Yolu layihəsinin reallaşması təcavüzkar qüvvələrin “sülhə məcbur edilməsinə”, Avrasiya, Aralıq dənizi və Afrika regionlarında qaynar ocaqların neytrallaşmasına gətirib çıxaracaq.”

Advertisements

07.07.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: