Millət vəkili Q.Paşayeva BMT Baş Katibinin müavini Filipp Douste-Blazyə  işğalçı Ermənistanın qətlə yetirdiyi Zəhradan danışıb və Azərbaycan xalqı BMT-dən Ermənistana qarşı ciddi addımlar gözləyir deyib

Millət vəkili Q.Paşayeva BMT Baş Katibinin müavini Filipp Douste-Blazyə  işğalçı Ermənistanın qətlə yetirdiyi Zəhradan danışıb və Azərbaycan xalqı BMT-dən Ermənistana qarşı ciddi addımlar gözləyir deyib.

İspaniyanın Barselona şəhərində Crans Montana Forumunda iştirak edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri   Q.Paşayeva forum çərçivəsində BMT Baş Katibinin müavini Filipp Douste-Blazy ilə görüşüb və işğalçı Ermənistan silahlı qüvvələrinin vəhşicəsinə qətlə yetirdiyi balaca Zəhra və Ermənistan rəhbərliyinin törətdiyi cinayətlərdən danışıb. O bildirib öz kəndində qətlə yetirilən Zəhra ilə bərabər onun nənəsi də qətlə yetirilib, qohumları isə ağır yaralanıb. Hadisə barədə və Ermənistanın ön cəbhədə mülkü azərbaycanlılara qarşı mütəmadi olaraq işlədiyi cinayətlər barədə məlumat verən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri   Q. Paşayeva bildirib ki, Azərbaycan xalqı işğalçı Ermənistanın törətdiyi bu böyük cinayətlərə BMT-nin etiraz səsini yüksəltməsini, qiymət verməsini gözləyir və sivil insanlara qarşı bu cinayətlərə son qoyulması üçün Ermənistana qarşı ciddi addımlar atılmasına çağırır. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri   Q. Paşayeva Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlaması, BMT qətnamələrini yerinə yetirməməsi  və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün evinə dönməsinə imkan vermədiyi xüsusi vurğulayaraq bunun böyük bir problem,  bir insalıq faciəsi olduğunu bildirib. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri   Q. Paşayeva BMT Baş Katibinin müavini Filipp Douste-Blazyə Azərbaycan xalqının BMT-yə çağırışını da söyləyib. O bildirib ki evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün evlərinə dönə bilmələri üçün BMT-ni Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan torpaqları ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi üçün Ermənistan rəhbərliyinə təzyiq göstərməyə çağırır. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri   Q. Paşayeva BMT Baş Katibinin müavini Filipp Douste-Blazyə bildirib ki ön cəbhədə yaşayan və Zəhranın ailəsi kimi işğalçı Ermənistan silahlı qüvvələrinin cinayətlərindən faciə yaşayan insanlar da BMT-dən Ermənistanın bu vandalizm aktlarını durdurmaq üçün ciddi addımlar gözləyir.

Advertisements

07.07.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: