Q.Paşayeva AŞPA-da çıxış edərək  Azərbaycan əlehinə yalanlarla çıxış edən Ermənistan heyətinə sərt cavab verərək siz öz işğalçı ölkənizdən danışın deyib

Q.Paşayeva AŞPA-da çıxış edərək  Azərbaycan əlehinə yalanlarla çıxış edən Ermənistan heyətinə sərt cavab verərək siz öz işğalçı ölkənizdən danışın deyib.

Millət vəkili Q.Paşayeva bu gün AŞPA-da Avropada miqrantların, köçkünlərin vəziyyəti  bağlı məruzələrin müzakirəsi zamanı çıxış edib və Azərbaycan əleyhinə böhtanlarla çıxış edən Ermənistan nümayəndə heyətinə sərt cavablar verib: ” Avropada qaçqınlara qarşı hücumların artması, burada olan hər kəsi, hamımızı ciddi şəkildə narahat etməlidir. Fiziki zorla müşayiət olunan hücumlar, əməyin istismarı, insan alveri, cinsi istismar və təcavüzlər, irqçi şüarların və nifrətin alovlandırılması kimi durumlar bizi çox ciddi şəkildə qayğılandırmalıdır ki, insanlığa zidd olan bu kimi hallara qarşı ciddi addımlar ata bilək. Bu baxımdan biz, Avropadakı bəzi populist partiyalar və media orqanlarının qaçqın və məcburi köçkünlərə qarşı getdikcə artan irqçi münasibətlərinə son verilməsi üçün onları yekdilliklə qınamalı və bunun qarşısının alınması üçün daha ciddi addımlar atmalıyıq. Dəyərli həmkarlarım,  mənim ölkəm dünyada ən çox qaçqın qəbul edən ölkələrdən biridir. Bilirsiniz ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı öz evində köçkün düşdü. İşğalçı Ermənistan bu gün bu köçkünlərin öz vətənlərınə, evlərinə dönməsinə izn vermir. Bundan əlavə, biz çox ağır durumda olmağımıza baxmayaraq, o illərdə on minlərlə Ahıska türkünü də ölkəmizdə qəbul etdik. Azərbaycan dövləti və xalqı onlara qucaq açdı. Bu gün də, müxtəlif bölgələrdən və ölkələrdən gələrək ölkəmizə sığınmış insanlara diqqət və sayğı ilə yanaşırıq. Değerli meslekdaşlarım, on minlerle köçkünü qəbul etmək asan deyil amma biz onlara əlimizdən gələn bütün yardımları etməliyik. O insanların hansı acılar içərisində bizə pənah gətirdiklərini unutmamalıyıq və dəstək olmalıyıq. Bu baxımdan 3 milyon köçkünə qucaq açaraq onlara dəstək olan və ən çox köçkünün yaşadığı Türkiyəyə buradan təşəkkür etmək istəyirəm. Mən Türkiyədə İraq və Suriyadan olan köçkünlərlə görüşmüşəm və onlar Türkiyə dövləti və xalqının onlara qucaq açmasını və hər cür dəstək göstərməsini şükranlıqla deyir, təşəkkür edirlər. Dəyərli həmkarlarım, Suriyada yaşanan faciələrdən qaçmaq məcburiyyətində qalan insanlara etnik və dini  mənsubiyyətində asılı olmayaraq dəstək göstərmək bütün üzv ölkələr üçün vacibdir. Amma onlardan hansısa çirkin siyasi oyunlar üçün istifadə etmək doğru deyil  və bu beynəlxalq  sənədlərdə  də öz əksini tapır.  Eyni zamanda bu insani dəyərlərlə də doğru yanaşma deyil.  Amma Ermənistan Suriyadan qaçmaq məcburiyyətində qalan ermənilərdən öz işğalçı siyasətlərini davam etdirmək üçün istifadə etməkdə davam edirlər. Onları Ermənistana deyil, işğal etdikləri Azəərbaycan torpaqlarına yerləşdirirlər. Yəni bu insanları bilərəkdən işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirirlər ki Ermənistanın bu qeyri-insani, qeyri-qanuni əməlləri AŞPA-da daxil olmaqla beynəlxalq təşkilatların qətnamələrinə, qərarlarına ziddir və biz Miqrasiya və Köçkünlər Komitəsini, Parlament Assambleyasını Ermənistanın münaqişəin həllinə də mənfi təsir göstərən  bu qeyri-qanunu əməllərinə səssiz qalmamağa çağırırıq. Mən buradan bir az öncə Azərbaycan əleinə yalanlarla dolu çıxış edən Melkumyana səslənərək demək istəyirəm ki sizin yalanlarınıza ən gözəl cavab bu Assambleyanın, Parlament Assambleyasının qəbul etdiyi qərarlardır, 1416 saylı qərar da daxil olmaqla. O qərarlarda ki birmənalı olaraq ölkənizin işğalçı olduğu vurğulanır və işğala son vermənizə çağırış edilir. Bunu dayandırın. Əziz həmkarlarım, biz nəticələrdən daha çox insanları köçkün salan səbəblərlə daha çox mübarizə aparmalıyıq. Əks halda köçkünlərin sayı da, problemlər də azalmayacaq, daha da artacaq. Ona görə Assambleyamız insanları köçkün saalan səbəblərə qarşı da mübarizəsini gücləndirməlidir.   

 

Advertisements

29.06.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: