Millət vəkili Q.Paşayeva bu gün AŞPA-da “Avropada köçkün krizi” ilə bağlı məruzələrin müzakirəsi zamanı Avropanın köçkünlər siyasətini tənqid edib, Türkiyəyə təşəkkür edib və AŞPA-nı köçkünlərlə bağlı Türkiyəyə dəstək göstərməyə çağırıb

Millət vəkili Q.Paşayeva bu gün AŞPA-da “Avropada köçkün krizi” ilə bağlı məruzələrin müzakirəsi zamanı Avropanın köçkünlər siyasətini tənqid edib, Türkiyəyə təşəkkür edib və AŞPA-nı köçkünlərlə bağlı Türkiyəyə dəstək göstərməyə çağırıb.

Bu gün AŞPA-da “Avropada köçkün krizi”( A comprehensive humanitarian and political response to the migration and refugee crisis in Europe,Human rights implications of the European response to transit migration across the Mediterranean) mövzusunda məruzələr ətrafında çıxış edən millət vəkili Q.Paşayeva Avropanın köçkünlərlə bağlı addımlarını tənqid edib:”Avropada qaçqınlara qarşı hücumların artması, burada olan hər kəsi, hamımızı ciddi şəkildə narahat etməlidir. Fiziki zorla müşayiət olunan hücumlar, əməyin istismarı, insan alveri, cinsi istismar və təcavüzlər, irqçi şüarların və nifrətin alovlandırılması kimi durumlar bizi çox ciddi şəkildə qayğılandırmalıdır ki, insanlığa zidd olan bu kimi hallara qarşı ciddi addımlar ata bilək. Bu baxımdan biz, Avropadakı bəzi populist partiyalar və media orqanlarının qaçqın və məcburi köçkünlərə qarşı getdikcə artan irqçi münasibətlərinə son verilməsi üçün onları yekdilliklə qınamalı və bunun qarşısının alınması üçün daha ciddi addımlar atmalıyıq. Dəyərli həmkarlarım, mənim ölkəm dünyada ən çox qaçqın qəbul edən ölkələrdən biridir. Bilirsiniz ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı öz evində köçkün düşdü. İşğalçı Ermənistan bu gün bu köçkünlərin öz vətənlərınə, evlərinə dönməsinə izn vermir. Bundan əlavə, biz çox ağır durumda olmağımıza baxmayaraq, o illərdə on minlərlə Ahıska türkünü də ölkəmizdə qəbul etdik. Azərbaycan dövləti və xalqı onlara qucaq açdı və əlindən gələn dəstəyi gəstərdi. Bu gün də, müxtəlif bölgələrdən və ölkələrdən gələrək ölkəmizə sığınmış insanlara diqqət və sayğı ilə yanaşırıq. Dəyərli həmkarlarım, on minlərlə köçkünü qəbul etmək asan deyil amma biz onlara əlimizdən gələn bütün yardımları etməliyik. O insanların hansı acılar içərisində bizə pənah gətirdiklərini unutmamalıyıq və dəstək olmalıyıq. Bu baxımdan 3 milyon köçkünə qucaq açaraq onlara dəstək olan və ən çox köçkünün yaşadığı Türkiyəyə buradan təşəkkür etmək istəyirəm. Mən Türkiyədə İraq və Suriyadan olan köçkünlərlə görüşmüşəm və onlar Türkiyə dövləti və xalqının onlara qucaq açmasını və hər cür dəstək göstərməsini şükranlıqla deyir, təşəkkür edirlər. Türkiyə bu gün ən çox köçkünə qucaq açan və dəstək göstərə ölkə olaraq Avropa ölkələrinə ən yaxşı örnəkdir və biz AŞPA-nı, üzv ölkələri köçkünlərlə bağlı Türkiyəyə daha çox dəstək göstərməyə çağırırıq. Eyni zamanda insanları köçkün salan səbəblərlə də daha ciddi mübarizəyə çağrırıq”.

Advertisements

29.06.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: