Millət vəkili Q.Paşayeva AŞPA-da Monteneqronun Baş naziri və Mərakeş heyəti ilə görüşüb

Millət vəkili Q.Paşayeva AŞPA-da Monteneqronun Baş naziri və Mərakeş heyəti ilə görüşüb.  

AŞPA-da çıxış edən Monteneqronun Baş naziri Dusko Markoviçqısa görüş zamanı millət vəkili Q.Paşayevanın ölkələrimiz arasında genişlənən əməkdaşlıqla bağlı fikirlərini dəstəkləyən baş nazir iki dost ölkə olan Azərbaycanla Monteneqro arasında əməkdaşlığın daha da inkişaf edəcəyini bildirib.  Mərakeş nümayəndə heyəti ilə görüşdə millət vəkili Qənirə Paşayeva Azərbaycanla Mərakeş arasında bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlığın getdikcə daha da artmasının sevindirici hadisə olaraq qiymətləndirib. Ölkələrimizin arasında olan yüksək dostluq münasibətləri, iki dost ölkə münasibətlərinin inkişafı istiqamətində görülən işlərdən danışan millət vəkili Qənirə Paşayeva Azərbaycan parlamentinin də Mərakeşlə əlaqələrin və dostluğun inkişafına böyük önəm verdiyini və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib. Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanla bağlı, xüsusilə də Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi, Xocalı soyqırımı barədə də ətraflı məlumatlar verib.

Advertisements

29.06.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: