Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistanın dövlət səviyyəsində terroru dəstəklədiyini bəyan etdi

Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistanın dövlət səviyyəsində terroru dəstəklədiyini bəyan etdi və terrorçuları qəhrəman elan edib, heykəllər qoyan bu ölkəyə qarşı ciddi addımlar atmağa çağırdı.

“Avropa Şurasına üzv ölkərin hamısında insanlar terrör hadisələrinin artmasından son dərəcə rahatsızdır və artıq heç kimsə özünü təhlükəsiz, güvənlikdə hiss etmir. Mən Ermənistan dövləti tərəfindən dəstəklənən çoxlu sayda terror aktlarından əziyyət çəkmiş bir ölkənin təmsilçisi olaraq sizə buna söyləmək istəyirəm. Avropa, Avropa Şurası və AŞPA terrorizmə qarşı mübarizədə ikili standartlara yol verməməlidir, bundan əl çəkilməlidir. Harada, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq etnik və dini ayrım etmədən Avropa, Avropa Şurası və AŞPA terrora qarşı sərt mübarizə etməlidir. Biz getdikcə daha da artan terror hadisələri ilə, terrorizmlə bilirsinizmi nə zaman daha effektiv mübarizə apara bilərik? Harada, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq terror törədənlərə, təşkil edənlərə, dəsətəkləyənlərə qarşı birgə, ikili standartlara yol vermədən mübarizə apardığımız zaman. Bu məsələdə ikili standartlara yol verilməməlidir və Avropa ölkələri bundan imtina etməlidir.
Mənim ökəm Azərbaycanda bir neçə il əvvəl Ermənistan dövləti tərəfindən dəstəklənən terror hadisələri baş verdi. Metrolar, avtobuslar, qatarlar terror hadisələrinin hədəfi oldu. Çoxlu sayda insanımız həyatını itirdi, yaralandı və əlil oldu. Amma bu terror hadisələrini planlayanlar, təşkil edənlər Ermənistan dövləti tərəfindən himayə edildi, qorundu və orada gizlənir. Məsələn, bütün dünyada tanınan terrorist, Asala terror təşkilatı liderlərindən Monte Melkonyan. Bu terrorist Azərbaycan torpaqlarının işğalında fəal rol oynadı, azərbaycanlıların qətlə yetirilməsində birbaşa rol oynadı. Amma Ermənistan nə etdi. Ermənistan sivil insanları qətl edən bu terror liderini Milli Qəhrəman elan etdi və ona abidə ucaltdılar. Təsssüf ki yüzlərlə insanımız, uşaqlarımız Ermənistan tərəfindən dəstəklənən terrorun qurbanı olsa da bizim səsimiz, çağırışlarımız burada, Avropa ölkələrində duyulmadı və biz terrorla mübarizədə sizdən yetərli dəstəyi ala bilmədik. Biz Parisdə, Londonda, Belçikada və ya Avropanın hər hansı bir yerində terrör hadisəsi baş verdiyində bu terror hadisələrini hər zaman lənətlədik, sizinlə birlikdə üzüldük, terrorla mübarizədə yanınızda olduğumuzu bəyan etdik. Biz Avropa ölkələrindən də bizə qarşı yapılan terror hücunlarında eyni münasibəti ortaya qoymasını gözləyirik və bu bizim haqlı çağırışımız və tələbimizdir. Avropanın Azərbaycana qarşı göstərdiyi ikili standartları Türkiyəyə qarşı da göstərməsini üzülərək izləyirik. Bu gün Türkiyə bir çok terror təşkilatlarına qarşı ciddi şəkildə mübarizə edir. Türkiyə terrorla bu mübarizəsi eyni zamanda insanlıq üçün, Avropa üçün də edir. Türkiyə bu gün terrorla mübarizədə çoxlu şəhidlər verir. Bəs bir çox Avropa ölkələri nə edir?Təssüf ki bəzi Avropa ölkələri nəinki terrorla mübarizədə Türkiyəyə dəstək vermir, eyni zamanda Türkiyənin mübarizə etdiyi terror təşkilatlarına dəstək verənlərə dəstək göstərir. Bu son dərəcə üzücü, üzücü olduğu qədər də qəbul edilə biməz bir vəziyyətdir və buna son verilməlidir. Assambleyamızı və üzv ölkələr terrorla mübarizədə Türkiyəyə daha çox dəstək verməyə çağırırıq. Bu terrorla mübarizədə çox vacibdir.

Advertisements

29.06.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: