Millət vəkili Q.Paşayeva ön cəbhədə Ağdam və Vahidlidə sakinlərin Ramazan bayramını təbrik edib, qayğı və problemlərini dinləyib

Millət vəkili Q.Paşayeva ön cəbhədə Ağdam və Vahidlidə sakinlərin Ramazan bayramını təbrik edib, qayğı və problemlərini dinləyib.

Millət vəkili Qənirə Paşayeva  Ramazan bayramı münasibəti ilə ön cəbhədə yerləşən Ağdam kəndində müəllimlər və  sakinlərlə görüşüb, onların bayramlarını təbrik edib. Millət vəkili Qənirə Paşayeva Ağdam və Vahidlidə kəndində müəllimlərlə, şagirdlərlə və sakinlərlə görüş zamanı Ramazan ayının bir yardımlaşma, paylaşma, dəstək ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib, qayğı və problemləri ilə maraqlanıb. Ramazan Bayramı münasibətilə müəllimləri və bir sıra sakinləri öz hədiyyələri ilə təbrik edən millət vəkili Qənirə Paşayeva ön cəbhədə yaşayan ziyalıların, insanlarımızın fədakarlıqlarından, vətən və torpaq sevgisindən danışıb. Millət vəkili Q.Paşayeva müəllimlərin qayğı və problemləri ilə də maraqlanıb. Yaxşı oxuyan şagirdləri də bayram münasibəti ilə təbrik edən millət vəkili Q. Paşayeva həmçinin kənd sakinləri ilə də görüşüb, bayramlarını təbrik edib.  Ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu söyləyən millət vəkili Qənirə Paşayeva kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirib.  Millət vəkili Qənirə Paşayeva kəndə səfər zamanı sakinləri  dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Qənirə Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib. Sakinlər millət vəkilindən xahiş ediblər ki ön cəbhə olan Ağdam kəndi yolunun vəziyyəti pisdir və onun düzəldilməsi üçün təkrar lazımi qurumlara müraciət etsin. Millət vəkilinin bununla bağlı müraciətlər etdiyini bildiklərini və bunun üçün təşəkkürlərini bildirən sakinlər məsələnin öz həllini tapması üçün Qənirə Paşayevadan təkrar bu məsələni dövlət qurumları qarşısında qaldırmasını xahiş ediblər. Bununla bağlı bir neçə dəfə müvafiq qurumlara müraciət etdiyini deyən millət vəkili Q.Paşayeva Bakıya dönən kimi hökumətə ön cəbhə sakinlərinin bu xahişi ilə bağlı təkrar müraciət edəcəyini vurğulayıb. O bildirib ki,  doğurdanda Ağdam yolunun təcili düzəldilməsinə ehtiyac var və ümid edir ki, məsələyə yaxın zamanlarda baxılacaq. Millət vəkili Q.Paşayeva həmçinin Vahidli kəndinin bir sıra sakinləri ilə görüşüb, Ramazan bayramlarını  təbrik edib, qayğı və problemləri ilə maraqlanb, həll istiqamətində müvafiq qurumlarla danışıb və addımlar atılıb.  Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib.

Advertisements

24.06.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: