Yeni dərs ili başlanana qədər ön cəbhədə yerləşən Ağdam kənd orta məktəbinin dam örtüyünün təmiri başa çatacaq

Yeni dərs ili başlanana qədər ön cəbhədə yerləşən Ağdam kənd orta məktəbinin dam örtüyünün təmiri başa çatacaq

Əziz ön cəbhədə yerləşən qəhrəman Ağdam kəndimizin müəllimləri, şagirdləri və sakinləri! Bilirəm hamınız indi yazacağım xəbəri gözləyirsiniz. Əziz sakinlərimiz, bir neçə gün əvvəl Ağdam kənd orta məktəbinin dam örtüyünün yanaraq yararsız vəziyyətə düşməsindən sonra məktəbi ziyarət edib,vəziyyətlə yerində tanış olmuşdum və Bakıya qayıtdıqdan sonra məktəbin dam örtüyünün yay tətili dövründə, qısa zamanda təmir olunub düzəldilməsi üçün sizin və sizi təmsil edən millət vəkili kimi öz adımdan Təhsil nazirinə müraciət etmişdim. Təhsil nazirliyinin rəsmiləri ilə təkrar danışdım və bildirdilər ki,məsələ nazir Mikayıl Cabbarovun nəzarətindədir və yeni dərs ili başlanana qədər ön cəbhədə yerləşən Ağdam kənd orta məktəbinin dam örtüyünün təmiri başa çatacaq. Allah ön cəbhədə yaşayan bütün insanlarımızı qorusun!

Advertisements

23.06.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: