Millət vəkili Q.Paşayeva güclü dolunun böyük zərər vurduğu Əlimərdanlı kəndini ziyarət edib və dəstək üçün hökumətə müraciət edildiyini deyib

Millət vəkili Q.Paşayeva güclü dolunun böyük zərər vurduğu Əlimərdanlı kəndini ziyarət edib və dəstək üçün hökumətə müraciət edildiyini deyib.

Millət vəkili Q.Paşayeva güclü dolu yağması nəticəsində böyük zərər dəymiş Tovuzun Əlimərdanlı kəndini ziyarət edib, evlərə baş çəkib, sakinlərlə söhbət edib. Millət vəkili Q. Paşayevaya və Tovuz rayon icra hakimiyyəti rəsmilərinə yumurta böyüklüyündə güclü dolu nəticəsində evlərinin dam örtüyünün tamamilə dağılması, yararsız vəziyyətə düşməsini göstərən sakinlər bildiriblər ki, dam örtükləri elə dağılıb ki,  yağacaq adi bir yağış evlərin içərisini də ağır vəziyyətdə qoya bilər. Kənd təsərrüfatı məhsulları əkib-becərməklə dolandıqlarını deyən kənd sakinləri güclü dolunun əkinlərini də pis vəziyyətə qoyduğunu deyərək ən azı evlərinin dam örtüyünün düzəlməsi istiqamətində dövlət qurumlarından dam örtüyü üçün şifer materiallarla dəstək göstərilməsini xahiş ediblər. Özəlliklə yağan dolunun evinin damını tamamilə yararsız vəziyyətə saldığı bir sıra maddi imkanları ağır ailələrə baş çəkən millət vəkili Q.Paşayeva bildirib ki, məsələ ilə bağlı Tovuz rayon icra hakimiyyəti başçısı və millət vəkili olaraq o, Fövqəladə Hallar Nazirliyinə və Nazirlər Kabinetinə vəziyyətlə bağlı məlumat veriblər və kömək göstərilməsini xahiş ediblər. Artıq dəyən zərərlə bağlı rayonda komissiyanın araşdırma apardığını deyən millət vəkili Q. Paşayeva  Baş Nazirin müavini Abid Şərifova  Cəlilli, Mülkülü, Əlimərdanlı, Xatınlı, Qaraxanlı, Qədirli və Cilovdarlı kəndlərinə yağan dəhşətli dolu səbəbindən sakinlərlə dəyən zərərlə bağlı məlumat verdiyini, vəziyyəti çatdırdığını, sakinlərin özəlliklə tamamilə sıradan çıxan dam örtüyü üçün şifer yardımı edilməsi istiqamətində hökumətimizdən dəstək gözlədiyini çatdırdığını deyib və kənd sakinlərini təmsil edən millət vəkili kimi bu məsələ ilə bağlı müvafiq qurumlara xahişlər etdiyini deyib. “Ziyanın aradan qaldırılması istiqamətində yardım göstərilməsi xahişinizi Abid müəllimin diqqətinə çatdırdım”,- deyən Q. Paşayeva özəlliklə maddi imkanları aşağı ailələrə dəyən zərərin aradan qaldırılması istiqamətində ilk növbədə dəstək göstərilməsini millət vəkili olaraq xahiş etdiyini  deyib. Baş nazirin müavini  Abid Şərifovun vəziyyəti dəyərləndiriləcəyini və insanlara dəstək göstərilməsi istiqamətində imkanların nəzərdən keçiriləcəyini dediyini söyləyən millət vəkili Q. Paşayeva dövlətimizin hər zaman olduğu kimi sakinlərə dəstək göstərəcəyinə ümidvar olduğunu deyib və hökumət rəsmilərinə vəziyyətlə bağlı təkrar müraciətlər edəcəyinə söz verib. Kənd sakinləri yaranmış ağır vəziyyəti nəzərə alaraq Kənd Təsərrüfatı nazirliyi tərəfindən onlara imkanlara uyğun olaraq bəzi kənd təsərrüfatı texnikası ilə dəstək göstərilməsini xahişini millət vəkili Q. Paşayeva nazir Heydər Əsədovla qısa zamanda müzakirə və xahiş edəcəyinə söz verib. Millət vəkili Q. Paşayeva kəndin elektrik verilməsi ilə bağlı problem yaranmış küçələrini də ziyarət edib, yaranmış problemlərinin həlli istiqamətindəki məsələlər yerindəcə həllini tapıb. “Azərişıq” ASC-nin sədri Balababa Rzayevə kənd sakinlərinin və onlar adından millət vəkili kimi vəziyyəti nəzərə alaraq problemin qısa zamanda həllinə dəstək göstərilməsi xahişinə “Azərişıq” ASC-nin rəhbəri müsbət reaksiya verib və bir neçə saat içərisində lazım olan materiallar kəndə göndərilib və işlərə başlanılıb.

Advertisements

16.06.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: