Millət vəkili Qənirə Paşayeva Tovuz məktəblərində “Son Zəng”lərində iştirak edib və gənclərimizə əsl vətəndaş olmağı və uğurlar diləyib

Millət vəkili Qənirə Paşayeva Tovuz məktəblərində “Son Zəng”lərində iştirak edib və gənclərimizə əsl vətəndaş olmağı və uğurlar diləyib

Millət vəkili Qənirə Paşayeva  Sovet Kazımov adına Qovlar şəhər tam orta məktəbdə, Məharət Məmmədov adına Qovlar şəhər tam orta məktəbdə, Eyvaz Bayramov adına Əyyublu kənd orta məktəbində, Dilman Süleymanov adına Dönük Qırıqlı kənd tam orta məktəbində və Düz Qırıqlı kənd 1№-li tam orta   məktəbində “Son Zəng”də iştirak edib, məzunları təbrik edib və onlara uğurlar diləyib. Millət vəkili eyni zamanda gənclərimizin təhsil almasında əziyyət çəkən müəllimləri və əziz valideynlərini də təbrik edib. “Bu, sizin həyatınızda çox önəmli bir mərhələnin başlanğıcıdır və bunu yüksək dəyərləndirməlisiniz” deyən millət  vəkili Qənirə Paşayeva çıxışında bildirib ki,  hansı peşənin sahibi olmaq istəyindən asılı olmayaraq gənclər üçün  daha böyük vəzifələrin bundan sonra başlayır: “Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz.   Bunu hər bir şagirdimiz etməlidir, lakin sizlərin ikiqat məsuliyyəti var – çünki mövcud uğurlarınız bizə bunu deməyə əsas verir, – yəni siz daha böyük vəzifələrə hazırlanmağı bacararsınız, buna sizin potensialınız var” – deyə öz fikirlərini bildirdi. Hər il Tovuz rayonundan ali məktəblərə daxil olan gənclərin sayında artımın olması bizi sevindirir deyən  millət vəkili Qənirə Paşayeva Tovuz  gəncləri daha böyük potensiala malikdir və onların daha da çox təhsilə  yönləndirilməsi istiqamətində hamımız müəllimlərimiz, millət vəkili olaraq bizlər səylərimizi daha da artırmalıyıq deyib. Hərbi məktəblərə daxil olan gənclərin də hər il artması və Tovuzun bu nəticələrə görə ön sıralarda olmasını  müsbət hadisə kimi qiymətləndirərək bu il bu göstəricilərin daha da artacağına inandığını deyib. Hər bir gəncimiz eyni zamanda öz ana dilini, ədəbiyyatını  və tarixini də dərindən öyrənməlidir deyən millət vəkili Qənirə Paşayeva dərslərlə bərabər xarici dillərin yüksək səviyyədə öyrənilməsinin vacibliyini də vurğulayıb. Millət vəkili respublikamızın Ermənistan tərəfindən haqsız və elan olunmamış müharibəyə cəlb olunduğunu, 1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edərək, hər bir vətəndaşımızın, özəlliklə, gələcəyin mütəxəssislərinin, ziyalıların daha məsuliyyətli, daha hazırlıqlı olmasının vacibliyinə diqqət çəkdi. Çıxışının sonunda millət vəkili Qənirə Paşayeva gənclərə uğurlar arzulamaqla bərabər bütün gənclərə özlərinə inanmağı, daha çox çalışmağı və uğurlar diləyib.

 

Advertisements

14.06.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: