Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə çıxış edərək ƏƏSMN işçilərin hüquqlarını pozanlara qarşı fəal mübarizəyə çağırıb

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə çıxış edərək ƏƏSMN işçilərin hüquqlarını pozanlara qarşı fəal mübarizəyə çağırıb.

Bu gün Milli Məclisdə İşsizlikdən sığorta haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva qanun layihəsində işsiz qalan insanlara dəstək istiqamətində vacib məsələlərin öz əksini tapdığını amma bu məsələ ilə bərabər əmək müqavilələri ilə bağlı problemlərin öz həllini tapmasının vacibliyini bildirib. Əmək müqavilələri ilə bağlı problemlərin bu qanun layihəsi qəbul olunduqda onun da yüksək səviyyədə icrasına mənfi təsir göstərəcəyini deyən millət vəkili Q.Paşayeva isçilıərin hüquqlarının müdafiəsi istiqamətində işlər daha da surətlənməlidir deyib: “Bu gün də bir sıra şirkətlər və qurumlar əmək müqaviləsi bağlamadan insanları işə cəlb edirlər və əmək haqlarını əmək müqavilələrində az göstərirlər. Buna qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mübarizəsi sərtləşməlidir. Unutmamalıyıq ki, biz pensiya təminatı ilə bağlı fərdi uçot sisteminə keçmişik. Əmək müqaviləsi olmadan çalışan insanların əmək müqavilələri və buna müvafiq olaraq DSMF-na ödəmələri olmadığı üçün gələcəkdə onların pensiyaları sual altında qalacaq və minlərlə insanın gələcəyi böyük təhlükə qarşısında qala bilər. Ona görə də əmək müqaviləsi olmadan işçi çalışdıran şirkət və qurumlara qarşı mübarizə aparılmalı və ciddi tədbirlər görülməlidir. Eyni zamanda bir sıra hallarda əmək müqavilələrində əmək haqqı işçinin aldığı real əmək haqqından az göstərilir ki bu da gələcəkdə həmin şəxsin pensiyası ilə bağlı ciddi problemlərin əsasını qoyur. Bu istiqamətdə ciddi addımlar atılmazsa, gələcəkdə yüzlərlə vətəndaşımızın ciddi narazılığı ortaya çıxacaq. Çünki əmək müqaviləsi olmadan çalışan faktiki olaraq işləyir, amma əmək müqaviləsi olmadığı üçün onun gələcəkdə pensiya alması üçün hesabına heç bir vəsait yığılmır. Bu halların qarşının alınması istiqamətində ƏƏSMN işləri daha sürətlənməlidir, vətəndaşın hüquqlarını daha yaxşı qorumalıdır, əmək müqaviləsi olmadan, işçi çalışdıran və əmək haqlarını əmək müqaviləsində real əmək haqqından az göstərən qurumlara, şirkətlərə qarşı sərt tədbirlər görülməlidir və eyni zamanda əhalinin bu istiqamətdə maarifləndirilmə məsələsini də daha da genişləndirməliyik. Təbii hamımız istəyirik ki sahibkarlıq daha da inkişaf etsin. Çünki iqtisadiyyatın inkişafı, iş yerlərinin açılması üçün bu çox vacibdir. Hamımız sahibkarla qarşı süni maneler, qanunsuz yoxlamaların əlehinəyik amma sahibkarlar tərəfindən işçilərin hüquqlarının pozulmasının da əlehinəyik. Bu gün özəl sektorda əmək müqaviləsi olmadan çalışan və ya əmək haqları əmək müqaviləsində az göstərilən insanların sayı az deyil. Sabah bu insanlar pensiyaya çıxanda necə olacaq? Necə pensiya alacaqlar? Yaşlananda heç olmasa özlərinə yetə biləcək pensiya ala bilməkdən məhrum olacaqlar və bu dövlət üçün ciddi bir problem olacaq. Unutmamalıyıq ki, biz pensiya təminatı ilə bağlı fərdi uçot sisteminə keçmişik, yəni hər bir insan öz əmək haqqında DSMF-na nə qədər vəsait ödəyibsə, ona müvafiq də pensiya alacaq. Əmək müqaviləsi olmadan çalışan insanların əmək müqavilələri və buna müvafiq olaraq DSMF-na ödəmələri olmadığı üçün gələcəkdə onların pensiyaları sual altında qalacaq və yüzlərlə insanın gələcəyi böyük təhlükə qarşısında qala bilər. Ona görə də əmək müqaviləsi olmadan işçi çalışdıran şirkət və qurumlara qarşı mübarizə aparılmalıdır. İnsanlar iş tapmaq asan olmadığından və işlərini itirməmələri üçün bəzən əmək müqaviləsi olmadan işləməyə məcbur olurlar. Amma müvafiq dövlət qurumu bu cür şirkət, qurumlara qarşı bu kimi hallara son qoyulması istiqamətində mübarizə tədbirlərini sərtləşdirməlidir, çünki bu şərtlərlə işləyəməyə məcbur olan insanlar bu gün müəyyən problemlərlə üzləşməklə bərabər, onların gələcək pensiya təminatında da çox ciddi problemlər yaranacaq”.

Advertisements

13.06.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: