Millət vəkili Qənirə Paşayeva Almaniyanın, Fransanın və İspaniyanın tanınmış təşkilat rəhbərləri ilə köçkün qadınlardan danışıb

Millət vəkili Qənirə Paşayeva Almaniyanın, Fransanın və İspaniyanın tanınmış təşkilat rəhbərləri ilə köçkün qadınlardan danışıb.

Milli Məclis deputatı Qənirə Paşayeva Almaniyanın Ailə İşləri, Vətəndaşlar, Qadın və Gənclər üzrə Dövlət Katibi Elke Ferner, İspaniyanın Dünya Vəhşi Təbiət Fondunun Donor əlaqələr üzrə rəsmisi Marqarita de Cos Head, Fransanın Etika və İdarəetmə onlayn idarəetmə analitik şirkətinin rəhbəri Floren de Syent-Pyerr  ilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Q.Paşayeva onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Deputat Almaniyanın Ailə İşləri, Vətəndaşlar, Qadın və Gənclər üzrə Dövlət Katibi Elke Fernerə, İspaniyanın Dünya Vəhşi Təbiət Fondunun Donor əlaqələr üzrə rəsmisi Marqarita de Cos Head, Fransanın Etika və İdarəetmə onlayn idarəetmə analitik şirkətinin rəhbəri Floren de Syent-Pyerr  1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə də məlumatlar verib. Azərbaycanın Almaniya, Fransa və İspaniya ilə əməkdaşlığın, dostluğun inkişafına önəm verdiyini deyən millət vəkili Q.Paşayeva ona ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb və fikir mübadiləsi olub. Ölkələrimizin qadın fəalları arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərin sonunda millət vəkili Q.Paşayeva Almaniyanın Ailə İşləri, Vətəndaşlar, Qadın və Gənclər üzrə Dövlət Katibi Elke Fernerə, İspaniyanın Dünya Vəhşi Təbiət Fondunun Donor əlaqələr üzrə rəsmisi Marqarita de Cos Head, Fransanın Etika və İdarəetmə onlayn idarəetmə analitik şirkətinin rəhbəri Floren de Syent-Pyerrə  Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.  #Azerbaijan #Germany #Spain #France

Advertisements

12.06.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: