Müəllim və şagirdlər Özünə Yolçuluğa çağrıldı…

Müəllim və şagirdlər Özünə Yolçuluğa çağrıldı…

Binəqədi rayonunda yerləşən 283 saylı tam orta məktəbdə millət vəkili Qənirə Paşayeva ilə görüş və onun yaradıcılığına həsr olunmuş “Özümə yolçuluq” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə millət vəkili Qənirə Paşayeva ilə yanaşı, Təhsil Nazirliyinin, Binəqədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarıda iştirak edib.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tünzalə Zeynalova Qənirə Paşayevanın yaradıcılığı ilə bağlı danışıb və bu cür tədbirlərin məktəblilər üçün önəmini vurğulayıb. Daha sonra məktəblilərxanım millət vəkilinin yaradıcılığı ilə bağlı hazırladıqları bədii hissəni təqdim edib. Xanım Paşayeva tədbirdə geniş çıxış edərək şagirdlərin maraqlı proqram əsasında tərtib olunmuş çıxışlarına, səhnəciklərə görə uşaqlara və bu işdə onlara dəstək olan müəllimlərə  təşəkkür edib. Millət vəkili orta məktəbdə belə bir maraqlı proqramın gerçəkləşdirilməsindən məmnunluğunu ifadə edərək, bu məmnunluğu yalnız onun yaradıcılığına müraciət edilməsi ilədeyil, ümumən şagirdlərin öz istedad və bacarıqlarını bütün parlaqlığı ilə üzə çıxara bilmələri, yeni kitablarla tanış olmaları, oxuduqlarına isə səhnə təcəssümü verə bilmələri ilə əlaqələndirib. Bütün tərəqqipərvər ziyalılar, yazarlar kimi, özünün də  bir qələm adamı, bir millət vəkili olaraq, həmişə gəncləri oxumağa, öyrənməyə, savadlı olmağa, tariximizi, ədəbiyyatımızı dərindən bilməyə, vətənpərvərliyə, habelə zərərli vərdişlərdən uzaq olmağa çağırdığını xatırladan xanım millət vəkili, orta məktəbin ən əsas vəzifəsinin şüurlu, peşəkar vətəndaş yetişdirmək olduğunu deyib.Qeyd edib ki, həm bu ilki, həm də ötən tədris illərində özünəməxsus nəticələri ilə seçilən 283 saylı məktəbin gələcəkdə daha böyük uğurlara imza atacağına inam yüksəkdir. Bu inamı öz işini sevən, dərsləri şagirdlərə yalnız savadla deyil, yanar ürəklə çatdıran müəllimlərin varlığından, şagirdlərin öyrənmək əzmindən aldığını bildirib. Gecədə fərqlənən hər bir şagirdlə söhbət edən və məktəbdə milli tariximizin, ümumən humanitar elmlərin də dərindən öyrənilməsi istiqamətində həyata keçirilən uğurlu işlərin önəmini vurğulayan Q.Paşayeva, onlara öz kitablarını hədiyyə edib, xatirə şəkilləri çəkdirib. Tədbirin sonunda millət vəkili Q.Paşayeva müəllimlərlə fikir mübadiləsi aparıb, məktəb rəhbərliyi və pedaqoji kollektivin, müəllifi olduğu kitablarla bağlı yaddaqalan görüş təşkil etdikləri üçün bir daha təşəkkürünü bildirib.

 

 

Advertisements

10.06.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: