Millət vəkili Q.Paşayeva ABŞ və Meksikanın fəal xanımları ilə qadınlarımız arasında əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Millət vəkili Q.Paşayeva ABŞ və Meksikanın fəal xanımları ilə qadınlarımız arasında əməkdaşlığın genişləndirilməsini müzakirə edib

ABŞ-ın ” My Med Choices” şirkətinin təsisçisi və baş direktoru Mary Schreiber, “İntel” şirkətinin vitse-prezidenti Rosalind Hudnell və Meksikanın Peşəkar İşgüzar Qadınları Beynəlxalq Federasiyasının prezidenti Yasmin Darviç   ilə görüşməkdən məmnunluğunu bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycanın  ABŞ və Meksika  ilə münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini deyib. Millət vəkili Q.Paşayeva ABŞ-ın ” My Med Choices” şirkətinin təsisçisi və baş direktoru Mary Schreiber, “İntel” şirkətinin vitse-prezidenti Rosalind Hudnell və Meksikanın Peşəkar İşgüzar Qadınları Beynəlxalq Federasiyasının prezidenti Yasmin Darviçə   Azərbaycanla bağlı, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolundan danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı onlara 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə məlumatlar verib və fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva görüşün sonunda ABŞ-ın ” My Med Choices” şirkətinin təsisçisi və baş direktoru Mary Schreiber, “İntel” şirkətinin vitse-prezidenti Rosalind Hudnell və Meksikanın Peşəkar İşgüzar qadınların Beynəlxalq Federasiyasının prezidenti Yasmin Darviçə   Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib və onları ölkəmizə dəvət edib.

 

Advertisements

09.06.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: