Millət vəkili Q.Paşayevaya İLESAM tərəfindən Türk Dünyası Onur Ödülü təqdim edilib

Millət vəkili Q.Paşayevaya İLESAM tərəfindən Türk Dünyası Onur Ödülü təqdim edilib.

Mükafat millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri  Q.Paşayevaya Azərbaycanda keçirilən və böyük şairimiz Məmməd Araza həsr olunan  VII Şairlər Günü çərçivəsində təqdim olunub. Mükafatı təqdim edən İLESAM başqanı Mehmet Nuri Parmaksız millət vəkili, siyasi elmlər doktoru Q.Paşayevanın Türk dünyasının bütün istiqamətlərdə o cümlədən ədəbi-mədəni əlaqələrinin gücləndirilməsindəki fəaliyyətindən danışıb və Türkiyənin şairlərini, yazarlarını və sənət adamlarını birləşdirən İLESAM-ın millət vəkili Q.Paşayevanı belə bir önəmli mükafata layiq gördüyünü deyib. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Q.Paşayevanın eyni zamanda İLESAM üzvü olduğunu vurğulayan Mehmet Nuri Parmaksız Q.Paşayevanın Türk dünyası həqiqətlərini həm də ədəbiyyatın dili ilə yaydığını xüsusi vurğulayıb. Qardaş Türkiyədən və müxtəlif qardaş ölkə və toplumlardan gəlmiş şair və yazarları salamlayan millət vəkili Q.Paşayeva Vətəninizə xoş gəlmisiniz deyib.  Bu cür tədbirlərin böyük önəmi və tədbirin İstiqlal şairlərimizdən olan Məmməd Araza həsr olunmasının vacibliyi barədə danışan millət vəkili Q.Paşayeva şairlərin, yazarların qurduğu ədəbiyyat, mədəniyyət körpüləri ən güclü körpülərdir deyib,onlara uğurlar diləyib, İLESAM Azərbaycan başda olmaqla tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.    Q. Paşayeva çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ probleminə toxunaraq “inşallah VIII Şairlər Gününü işğaldan azad edəcəyimiz gözəl Qarabağımızda, Şuşada, Cıdır düzündə qeyd edək”, – deyə bitirib. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevanın İLESAM başqanı Mehmet Nuri Parmaksızla görüşündə iki qardaş dövlətimizin ədəbi-mədəni əlaqələrinin, əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva həmçinin qardaş Türkiyədən gəlmiş şair və yazarlarla da görüşüb və fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva bir millət iki dövlət  olaraq gənc nəsillərimizi birlik, bərabərlik ruhunda yetişdirmədə şair, yazar, aydınlarımızın üzərinə böyük vəzifələr düşdüyünü söyləyib və onlara bu istiqamətdə uğurlar diləyib.

Advertisements

07.06.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: