Millət vəkili Qənirə Paşayeva Slovakiya, Polşa, İslandiya və Malayziyanın qadın nazirləri ilə Qarabağdan danışıb
Millət vəkili Qənirə Paşayeva Slovakiya, Polşa, İslandiya və Malayziyanın qadın nazirləri ilə Qarabağdan danışıb.
Millət vəkili Qənirə Paşayeva Slovakiyanın Əmək, Ailə və Sosial İşlər naziri Anja Kopac Mrak, Polşanın sabiq Əmək naziri, İşəgötürənlər Konfederasiyasının prezidenti Henryka Bochniarz, İslandiyanın sabiq Ətraf Mühit naziri Jonina Bjartmarzla görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Q.Paşayeva onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Deputat nümayəndə heyətinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə də məlumatlar verib. Azərbaycanın Slovakiya, Polşa, İslandiya və Malayziya ilə əməkdaşlığın, dostluğun inkişafına önəm verdiyini deyən millət vəkili Q.Paşayeva onlara ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınların cəmiyyətdə rolu ilə bağlı danışıb və fikir mübadiləsi olub. Ölkələrimizin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərin sonunda millət vəkili Q.Paşayeva onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.
03.06.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.
Bir şərh yazın
0 şərh