Qənirə Paşayeva Birləşmiş Ərəb Əmirliyinin dövlət naziri ilə Qarabağdan danışıb

Qənirə Paşayeva Birləşmiş Ərəb Əmirliyinin dövlət naziri ilə Qarabağdan danışıb.

Millət vəkili Qənirə Paşayeva Yaponiyanın paytaxtı Tokioda Ümumdünya Qadın Sammiti çərçivəsində Birləşmiş Ərəb Əmirliyinin dövlət naziri Maitha Arab Əl Shamsi ilə görüşüb. Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanka Birləşmiş Ərəb Əmirlikləri arasında arasında bütün istiqamətlərdə o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin məmuniyyət yaratdığını deyib.Görüş zamanı millət vəkili Qənirə Paşayeva Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Nazirinə Azərbaycanla bağlı, xüsusilə də Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib. O, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Xocalı Soyqırımı barədə ətraflı məlumatlar verib.O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. O deyib ki, Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə hər zaman böyük ehtiyac var. Millət vəkili Qənirə Paşayeva Birləşmiş Ərəb Əmirliyinin dövlət naziri Maitha Arab Əl Shamsi hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onu Azərbaycana dəvət edib. Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiklərini, Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən Birləşmiş Ərəb Əmirliyinin dövlət naziri Maitha Arab Əl Shamsi ilə geniş fikir mübadiləsi aparılıb. Birləşmiş Ərəb Əmirliyinin dövlət naziri Maitha Arab Əl Shamsi Azərbaycanı gəlməkdən böyük məmuniyyət duyacağını deyib və rəhbərlik etdiyi nazirliklə Azərbaycan arasında əməkdaşlığın daha da inkişafı üçün səylərin daha da artacağını bildirib. Görüşün sonunda millət vəkili Q.Paşayeva Birləşmiş Ərəb Əmirliyinin dövlət naziri Maitha Arab Əl Shamsiyə Azərbaycan mədəniyyətinə dair hədiyyələr və materialları təqdim edib.

Advertisements

22.05.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: