Millət vəkili Qənirə Paşayeva Türkiyədə “Dağıdılmış mədəniyyət beşiyi-Şuşa”adlı konfrans verib və çağırış edib

Millət vəkili Qənirə Paşayeva Türkiyədə “Dağıdılmış mədəniyyət beşiyi-Şuşa”adlı konfrans verib və çağırış edib.

Türkiyənin Qars vilayətində millət vəkili,siyasi elmləri doktoru Qənirə Paşayeva “Dağıdılmış mədəniyyət beşiyi-Şuşa”adlı konfrans verib. Qafqaz Universitetində Azərbaycanın Qarsdakı baş konsulluğunun rəsmilərinin, Azərbaycan Milli Elmlər Akademiyasının təmsilçilərinin,  Qafqaz Universitetinin rəsmilərinin, ziyalıların, KİV-in və QHT təmsilçilərinin və  universitetdə təhsil alan gənclərin iştirak etdiyi konfransda millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları, qədim Şuşa, qondarma “erməni soyqırımı” ilə bağlı geniş məruzə ilə çıxış edib. Çoxlu sayda tələbələrin, KİV nümayəndələrinin iştirak etdiyi konfransda millət vəkili Q.Paşayeva Şuşanın dünyada yaşayan bütün azərbaycanlıların, türklərin mədəniyyət evi olduğunu bildirib və tədbir iştirakçılarının əksəriyyətinin Şuşada olmamasına baxmayaraq, Şuşanın hər birimiz üçün doğma şəhər olduğunu qeyd edib: “Biz inanırıq ki, Şuşanın işğaldan azad olduğu gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik”. Çıxış edən millət vəkili Qənirə Paşayeva qeyd edib ki, Şuşanın qədim tarixi var. Şuşa əsrlər boyu Azərbaycan və türk tarix və mədəniyyətinin beşiyi olub. Mədəniyyətə əvəzsiz töhfələr verən dahi şəxsiyyətlər orada yetişib: “Hər bir Türk insanı Şuşanı tək bu gün deyil, hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Şuşanı doğma şəhər kimi sevməliyik, xatırlamalıyıq ki, Şuşamız işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələri məhv edirlər və dünya buna göz yumur”. Şuşanın 23 ildir Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bunları söyləyib: “Şuşada yaşananlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatların Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları var. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”.  Millət vəkili çıxışında Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. “Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi, Şuşa acısı tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” – QənirəPaşayeva deyib. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirib “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır. Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşür. Türk gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” ruhunda böyüdülməlidir. Millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”. Millət vəkili Azərbaycanın qondarma “erməni soyqırımı” iddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib. O deyib ki, qondarma “erməni soyqırımı”na qarşı mübarizə hər bir Türk insanının vəzifəsidir. Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib: “Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir. İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”. Tədbirdə Dos. Afina Barmanbay və Qafqaz Universitetinin bəzi ziyalıları çıxış edərək Qarabağ, Şuşa həqiqətlərinin dünyada daha geniş yayılmasında harada doğulmasından və harada yaşamasından asılı olmayaraq bütün Türklərin aktiv olmalarının vacibliyini qeyd ediblər. Tədbirin sonunda Qafqaz Universitetinin rəhbərliyi millət vəkili Qənirə Paşayevaya gənclərin Qarabağ həqiqətləri ilə bağlı maarifləndirilməsi istiqamətində fəaliyyətinə görə plaket təqdim edib.

 

Advertisements

08.05.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: