Çanaqqala şəhidliyinin müqəddəs torpağı Quba soyqırımı məzarlığında

Qardaş Türkiyənin nümayəndə heyəti Quba Soyqırımı məzarlığını ziyarət edib və “bu həqiqətləri birlikdə dünyaya daha geniş çatdırmalıyıq” deyiblər

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Türkiyə nümayəndə heyətinin bir qrupu üzvü Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib. Kütləvi soyqırımı məzarlığını ziyarət edənlər arasında qardaş ölkə parlamentinin deputatları, bələdiyyə sədrləri və digər rəsmi şəxslər yer alıblar. Qonaqları müşayiət edən Milli Məclisin deputatı Qənirə Paşayeva ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumat verərək bildirib ki, 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, buradakı müsəlman və qismən də yəhudi əhalisi kütləvi qətlə yetirilib. Türkiyəli qonaqların diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.1918-ci ildə Bakının erməni-daşnak işğalından azad edilməsində Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasından bəhs edən Qənirə Paşayeva iki qardaş xalqın çətin günlərdə daim bir-birinin yanında olduğunu diqqətə çatdırıb. Çanaqqaladan olan deputat İsmayıl Kaşdemir Azərbaycanda özlərini doğma yurdlarındakı kimi hiss etdiklərini bildirərək ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edərək deyib: “Bizim tariximizdə heç bir qara ləkə yoxdur. Türklər həmişə hər kəsə humanist davranıblar. Amma təəssüf ki, vaxtaşırı bizə qarşı düşmənçilik mövqeyi ortaya qoyulub, hücumlara məruz qalmışıq. Amma biz türklər necə ki Çanaqqalada, Qubada bir araya gəlib Vətənini şərəflə müdafiə etmişiksə, bundan sonra da torpaqlarımız uğrunda yorulmadan mübarizə aparacağıq. Türkiyə və Azərbaycan dostluğu əbədidir”. Türkiyə millət vəkili Mevlüt Akgün, Mustafa Araç, Ankara Qızılcahamam bələdiyyəsinin başqanı Muhittin Güney, Ankara Xocalı Soyqırımı muzeyinin direktoru Zeliha Uğurlu Qubaya gəlməkdən məmnun olduqlarını, qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və Xocalı Soyqırımı həqiqətləri kimi Quba Soyqırımı həqiqətlərinin də dünyaya daha geniş çatdırılmasında yanınızdayıq deyiblər. Onlar Azərbaycan torpaqlarının işğaldan azad olunmasında qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və olacağını deyərək “inşallah yaxın zamanlarda birlik və bərabərlik içində işğaldan azad ediləcək Azərbaycan torpaqlarını ziyarət edəcəyiumizə inanırıq” deyiblər və erməni yalanlarına qarşı mübarizədə birlikdə mübarizənin artmasının vacibliyini də xüsusi vurğulayıblar.  Məzarlıqda gördüklərindən təsirlənən qonaqlar bu faktların dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Türkiyə və Azərbaycan ictimaiyyətinin birgə fəaliyyətinin vacibliyini vurğulayıblar. Sonra ziyarətçilər Türkiyədəki Çanaqqala Şəhidliyi Kompleksindən gətirilmiş torpağı Quba soyqırımı məzarlığına səpiblər.Məzarlıqda Çanaqqala savaşı zamanı Osmanlı dövləti tərəfindən döyüşərək şəhid olmuş azərbaycanlıların xatirəsi də anılıb. Kütləvi məzarlıqdan sonra qonaqlar Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olublar. Məlumat verilib ki, bu kompleks Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Türkiyəli qonaqlar 1802-ci ildə tikilən və özünəməxsus memarlıq üslubuna malik Cümə məscidində olublar. Bildirilib ki, bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biri olub. Nümayəndə heyəti şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalçaların toxunması prosesini izləyiblər. Burada onlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilib. Nümayəndə heyəti Quba rayon icra başçısının 1-ci müavini Yusif Abidov, Quba rayon icra başçısının müavini Bayramova Rəxşəndə və Quba ictimaiyyətinin bir sıra fəalları ilə görüşüblər və qədim Azərbaycan bölgəsini ilk dəfə görmələrinə baxmayaraq Qubaya heyran qaldıqlarını bildiriblər.

 

Advertisements

08.05.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: