Millət vəkili Q.Paşayeva Türkiyədə Əhməd Cavadın 125 illik yubileyi ilə bağlı geniş məruzə edib

Millət vəkili Q.Paşayeva Türkiyədə Əhməd Cavadın 125 illik yubileyi  ilə bağlı geniş məruzə edib.

Türkiyənin Qars vilayətində Qafqaz Universitetində Azərbaycanın və bütün Türk dünyasının böyük aydını, milli istiqlal şairimiz  Əhməd Cavadın 125 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili Q.Paşayeva Əhməd Cavadın həyatı, fəaliyyəti, yaradıcılığı, onun Azərbaycan Cumhuriyyətinin qurulması və qardaş Türkiyə üçün göstərdiyi böyük xidmətlərdən, böyük acılarla bitən ömür yolundan danışıb.  Millət vəkili Q.Paşayeva bildirib ki harada doğulub harada yaşamasından asılı olmayaraq bu gün Türk gəncləri Əhməd Cavad kimi böyük aydınlardan, onların fikir və düşüncələrindən, həyat yolundan çox şey öyrənməlidirlər: “20-ci əsrin əvvələrində Qars bölgəsi də daxil olmaqla Anadoluda insanlarımız Sarıqamış faciəsini yaşayanda Əhməd Cavad Azərbaycandan yardımların toplanılıb buralarda yaşayan insanlarımıza çatdırılması, millətimizin səsini daha geniş duyurmaq üçün çalışırdı. Yetim qalam qız uşaqlarını normal ailələrə verilməsində iştirak edərək bu qızlar bizim namusumuzdur onları öz övladlarınızdan ayırmadan böyüdün və yetişdirin deyirdi.  20-ci əsrin əvvələrində Türkiyə üçün, Azərbaycanın müstəqilliyi üçün bəzən silaha, bəzən qələmə sarılırdı. Dünyanın harasında yaşamasından asılı olmayaraq Türk millətinin acıları onun acıları idi və o gecə-gündüz milləti üçün çalışırdı.  Birinci Dünya Müharibəsində Şərq cəbhəsindəki məğlubiyyət üzündən Rus imperiyası və  silahlandırdığı erməni çətələri Qars da daxil olmaqla buraları işğal etdiyində, zülmlər törətdiyində Əhməd Cavad Novruz bayramı zamanı yazdığı şeirində orda insanlarımız belə acı çəkirsə bizim bayram keçirməyə haqqımız yoxdur deyirdi və o acını, ağrını şeirində əks etdirirdi. Onun Çırpınırdı Qara Dəniz baxıb Türkün bayrağına şeiri, Azərbaycana, bayrağımıza həsr etdiyi şeirlərlə yanaşı bütün şeirlərində, yazılarında millət uğrunda mübarizəsi var. Ona görə də Əhməd Cavad heç bir zaman unudulmayacaq və hər zaman sevgi və sayğı ilə anılacaq”. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlər barədə geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən millət vəkili Q.Paşayeva qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır deyib və Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb və bütün türk dünyasını, harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanını da buna çağırıb. Bizim dədələrimiz, Azərbaycan türkləri Çanakkalada canlarını qurban verməklə, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanın ağır günlərində köməyə gələn Anadolu türkləri şəhid olaraq bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncə bir daha yenidən öyrədiblər. Bundan sonra da belə olacaq. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər sizin, bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənizmidir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva çıxışını “inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün Türk, Müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”- deyərək bitirib.  Tədbirdə tanınmış alim  Prof. Yavuz Akpınar  Əhməd Cavadla bağlı geniş məruzə ilə çıxış edib. Tədbirin təşkilatçısı  Qafqaz Universitetinin bölüm başqanı, Dos.Afina Barmanbay, Azərbaycan Milli Elmlər Akademiyasının təmsilçisi Prof. Rəna Mirzəzadə, Qars Universitetinin müəllimi, Doç.Dr.İlkin Guliyev Əhməd Cavadın həyatı, fəaliyyəti, yaradıcılığı ilə bağlı çıxışlar ediblər və gənc nəsillərimizi böyük aydınlarımızdan örnək almağa çağırıblar. Tədbirin sonunda Əhməd Cavad ailəsi adından çıxış edən Cavad Axundzadə ailəsi ilə bağlı bəzi xatirələrini bölüşməklə yanaşı qardaş Türkiyədə, Əhməd Cavadın çox sevdiyi bu Vətən torpaqlarında, Qarsda belə bir tədbirin təşkili üçün təşkilatçılara təşəkkürünü bildirib. Tədbirin sonunda bütün çıxışçılara plaketlər təqdim olunub.  

 

Advertisements

06.05.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: