Çernobıl acısı… İllər keçir, amma acıları bitmir…

Çernobıl acısı… İllər keçir, amma acıları bitmir…

Düz 31 il öncə 8 minə yaxın azərbaycanlı – çoxu gənc olan vətəndaşımız Çernobıl qəzasının nəticələrinin aradan qaldırlmasında iştirak etmək üçün bu bölgəyə yollandı. Və hamısı şüalanmaya məruz qalaraq döndü ölkəmizə…

Çoxu gəncdi, bir çoxunun övladları dünyaya müxtəlif xəstəliklərlə gəldi və ya sağlamlıqlarında problemlər oldu; bir çoxu dünyasını dəyişdi. Bu gün 4900-dən bir az çox Çernobıl əlilli qeydiyyatdadır və onlar ölkəmizin müxtəlif bölgələrində yaşayır. Bir neçə gün öncə onlarla görüşdük, söhbət etdik və təbii ki, qayğıları ilə maraqlandıq. Əsas xahişləri bu oldu Çernobıl acısını yaşamış soydaşlarımızın:

1. Bu gün də 600-ə yaxın Çeronıbıl əlili ev növbəsindədir. Olaydan 31 il keçib və təbii ki, məruz qaldıqları şüalanma səbəbindən bir çox Çernobıl əlili vəfat edib, onlar vəfat etdiyi zamanı Çernobıl əlillinin imtiyazlı ev növbəsi ailəsinə keçmir. Bu insanların bir çoxu kasıb yaşayır, maddi imkanları aşağıdır və mənzil onların ən ciddi problemidir. Ev növbəsi əsasında evləri 1-2 il, yoxsa 5-6 il sonramı alacaqları bilinmir. Ona görə də xahiş edirlər ki, Qarabağ müharibəsi əlilləri kimi, onlar da dünyasını dəyişdikləri zaman imtiyazlı ev növbəsi ailələrinə verilsin. Onların bu xahişlərinin həm qanunverici orqan, həm də müvafiq qurumlar tərəfindən mütləq dəyərləndirilməsi lazımdır.

2. Ev növbəsində dayanan Çernobıl əlillərinin mənzil problemi onlar üçün ən ağır məsələdir və mənzillə təmin olunmaları prosesində yaranmış ləngimə onları daha da narahat edir; buna görə də hər il ən azı 50-60 ailənin evlə təmin olunmasını istəyirlər. Hətta bu minvalla belə növbədə dayananların hamısı yalnız 10 il sonra evlə təmin edilmiş olacaq. Öncəlik isə ən ağır durumda olan ailələrə verilsin deyə təmənna edirlər, təbii.

3. Çernobıl əlillərinin doğulan övladları hər zaman sağlıq problemləri ilə üzləşib; onlar dövlət universitetlərində ödənişli əsaslarla oxuyan övladlarının təhsil haqlarından azad olunmasını istəyir. Belə uşaqların sayı çox olmadığından təhsil haqlarından azad edilən qruplar arasında onların da olması müsbət addım olardı.

4. Çernobıl əlillərinin ən çox gözlədiyi layihə radioloji tipli reabitasiya mərkəzinin tikintisi ilə bağlıdır. Bu, onlar üçün ən vacib məsələlərdən biridir.

Onlara qaldırdıqları təkliflərin bəzilərini Milli Məclisdə səsləndirməyə, bəziləri ilə bağlı isə müvafiq qurumlara rəsmi müraciət edəcəyimizə söz verdik. Ümid edirəm, hər zaman dövlətimizin, dövlətçiliyimizin yanında olan, yaşadıqları acılara baxmayaraq, bir çoxları sonra ərazi bütövlüyümüz uğurunda da mübarizə aparan Çernobıl əlillərinə bu günə qədər olduğu kimi bundan sonra da dövlət dəstəyi artan xətlə davam edəcək.

Tanrı hər zaman yardımçıları olsun!

P.S. Çernobıl əlillərinə dəstək olan Sağlamlığın Qorunması İB-nə və Veysəloğlu şirkətinə təşəkkürlər. QHT və iş adamlarımız hər zaman onların yanında olmalı və ehtiyacı olan Çernobıl əlillərimizə əlimizdən gələn dəstəyi cəmiyyət olaraq hamımız daha çox göstərməliyik.

Advertisements

03.05.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: