Millət vəkili Q.Paşayeva Qərb Universitetində tələbələr ilə görüşdə “dövlətimizin maraqları hamımız üçün hər şeydən üstün olmalıdır” deyib

Millət vəkili Q.Paşayeva Qərb Universitetində tələbələr ilə görüşdə onları Qarabağ həqiqətlərinin yayılmasında fəal olmağa və sosial medianın imkanlarından bu istiqamətdə daha fəal istifadə etməyə çağırıb.

Millət vəkili Q.Paşayeva Qərb Universitetində tələbələr ilə görüşdə ərazi bütövlüyümüz uğrunda də şəhid olmuş bütün insanlarımızın qarşısında baş əyir, onları sevgi və rəhmətlə anırıq deyib: “Aprel döyüşlərində Ordumuz düşmənə layiq olduğu cavabı verib və verir. Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”.
Millət vəkili Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. Ogənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı  əylənməyə deyil, oxumağa, öyrənməyə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb. Millət vəkili gəncləri Azərbaycan tarixi, ədəbiyyatı və çoğrafiyasını yaxşı öyrənməyə çağırıb. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir”- deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar.  Millət vəkili bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir. Gəncləri tariximizi dərindən öyrənməyə çağıran millət vəkili Qənirə Paşayeva onlara Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı geniş məlumatlar verib və bildirib ki, hər bir Azərbaycan gənci bunları əzbər bilməlidir.  Gəncləri xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva gəncləri maraqlandıran sualları da cavablandırıb .Qərb universitetinin rəhbərliyinə və kollektivinə belə bir görüşün təşkili üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva gəncləri onlar üçün yaradılmış geniş imkanlardan yararlanmağa və yaxşı peşəkar kimi yetişməyə çağırıb. Tədbirdə çıxış edən bəzi müəllimlər bu cür görüşlərin gənclər üçün önəmli olduğunu vurğulayıb.

Advertisements

27.04.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: