Respublika Veteranlar Təşkilatı millət vəkili Q.Paşayevanı medalla təltif edib

Respublika Veteranlar Təşkilatı millət vəkili Q.Paşayevanı medalla təltif edib.

Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov medalın təqdimatı zamanı bildirilib ki, millət vəkili Qənirə Paşayeva hər zaman özünün fəaliyyətində, beynəlxalq arenalardakı çıxışlarında ölkəmizin tanınması, təbliği, Qarabağ həqiqətlərinin daha da geniş yayılması, gənclər arasında vətənpərvərlik duyğularının daha da artması istiqamətində gördüyü işlər və həyata keçirdiyi layihələrə  görə bu medalla təltif olunub.  Millət vəkili Qənirə Paşayeva medalı  alan zaman ilk öncə dövlətimizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan və onun daha da inkişafı üçün hər bir vətəndaşımızın üzərinə düşən vəzifələr barədə söhbət açıb və bildirib ki dünyada müstəqil dövlətdən gözəl və önəmli heç nə ola bilməz. Bütün insanlarımıza dövlətimizin daha da inkişafı istiqamətində fəaliyyətlərində uğurlar diləyirəm, Allahdan mənə bu cür şərəfli mükafata bütün ömrüm boyu layiq ola bilməyi nəsib etməsini diləyirəm deyən millət vəkili Q. Paşayeva çıxışında Azərbaycanın ən böyük problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından danışan Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir  Azərbaycan insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, işğal altındakı torpaqlarımızın azadlığı üçün çalışmalıdır. “Bilirəm ki, buradakı hər bir insanın arzusunu indi dilə gətirəcəm, İnşallah, gələn bu cür tədbirlərimizi Ali Baş Komandanımızın rəhbərliyui altında işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə də keçirə bilək. Millət vəkili Qənirə Paşayeva çıxışının sonunda bir daha Tespublika Veteranlar Təşkilatına onu bu medala layiq gördükləri üçün təşəkkür edib, “çalışacam ki, bu etimadı hər zaman doğruldum deyib və təşkilata gördükləri böyük işlərdə uğurlar diləyib və biz də hər zaman həyata keçirdiyini gözəl işlərdə yanınızdayıq” deyib. 

Advertisements

24.04.2017 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: